Icma.az
close
up
RU
“AzerGold”da təhlükəsiz ötüşən iş saatlarının sayı tarixi maksimuma çatıb FOTO

“AzerGold”da təhlükəsiz ötüşən iş saatlarının sayı tarixi maksimuma çatıb FOTO

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“AzerGold” QSC tərəfindən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

APA-Economics” xəbər verir ki, “Əməyin təhlükəsizliyi və gigiyenasına inqilabi yanaşmalar: iş yerlərində süni intellekt və rəqəmsallaşmanın rolu” mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və ÇİRES-də çalışan podratçı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə ÇİRES-də təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, emal sahəsində ən yüksək standartlara cavab verən texnologiyalar tətbiq edilir, rəqəmsal və avtomatik rejimdə istehsalata nəzarət edən sistemlərdən istifadə genişləndirilir. Bununla istehsalatda bədbəxt hadisələr, peşə xəstəliklərinin qarşısının alınması, əməyin təhlükəsizliyinin qorunmasına nail olunur. Nəticədə fəaliyyət dövrü ərzində “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayının öz tarixi maksimumuna – 6 milyon saata çatdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra qonaqlar ÇİRES-də yerləşən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış şəraitlə tanış olublar. Qonaqlara zavodda tətbiq edilən SCADA (İdarəetməyə nəzarət və məlumatların toplanması - Supervisory Control and Data Acquisition) sistemi barədə məlumat verilib. Qeyd olunub ki, SCADA məlumatların toplanması, analizi və uzaqdan idarəetmə üçün rəqəmsal texnologiyalara əsaslanan sistemdir. Sənayedə prosesləri izləmək və idarə etmək üçün istifadə olunan bu tip sistemlər, eləcə də ən son model qurğu və avadanlıqlar insanların zərərli iş mühitinə məruz qalmasının qarşısını alır, yüksək keyfiyyətli istehsalat prosesini təmin edir.

Tədbirdə, həmçinin ÇİRES-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri