Icma.az
close
up
RU
“AzerGold”un ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlandı

“AzerGold”un ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlandı

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən səhmdar cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.

Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.

Ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9% artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.

2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5% artaraq 89.88 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21.3% artaraq 33.02 milyon ABŞ dolları təşkil edib.

Səhmdar Cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4.3% artıma bərabərdir.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3.1% artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil edib.

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü il üzrə göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərində yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.

2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see263

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri