Azəri Med məhkəmə qarşısında
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azəri Med" QSC-yə inzibati protokola yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Qeyd: 2004-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 10 000 AZN olan QSC-nin qanuni təmsilçisi Famil Vəli oğlu Rəhimlidir.
Xəyal Quliyev

Azəri Med Naxçıvanda tender qazandı 1,7 milyona nə satacaq?
30 Yanvar 2025 18:36
Ailəsi Azəri evə aparır
05 Yanvar 2025 13:38
Azəri və azərbaycanlı anlayışları
13 Dekabr 2024 14:09
Vardanyan məhkəmə qarşısında...
30 Dekabr 2024 10:21
Prosineçki məhkəmə qarşısında
08 Aprel 2025 13:48

