Azəriqaz əməkdaşlarının işğaldan azad olunan ərazilərə ekskursiyası baş tutub FOTO
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Birlik əməkdaşlarının işğaldan azad olunan ərazilərə ekskursiyası baş tutub.
Redaktor.az xəbər verir ki, səfər çərçivəsində Birliyin 47 nəfər əməkdaşı Ağdam Cümə Məscidi, Əsgəran Qalası, Xocalı şəhəri, Xankəndi şəhər gəzintisi, Cıdır düzü, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər Ağa Məscidi, Güllələnmiş Büstlər, Şuşa Qalası və İsa bulağına baş çəkiblər. Ekskursiya iştirakçıları işğaldan azad olunan ərazilərdə quruculuq, bərpa işləri ilə də yaxından tanış olublar.
İşğaldan azad olunan torpaqlarımıza təşkil olunan bu səfərə görə Birlik əməkdaşları “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinə təşəkkür ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















