Icma.az
close
up
RU
Azəriqaz Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib FOTO

Azəriqaz Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib FOTO

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azəriqaz" İstehsalat Birliyinin təşkilatçılığı ilə Gəncədə cihazqayırma zavoduna media tur təşkil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, media turda "Azərqaz"ın əməkdaşları,cihazqayırma zavodunun nümayəndələri və media mənsubları iştirak ediblər. Media nümayəndələri cihazqayırma zavodunun istehsalı ilə yaxından tanış olublar. Burada istehsal olununan qaz, su sayğacları, həmçnin məişət zihazları haqqında məlumat verilib, "Gəncə Cihazqayırma Zavodu"nda istehsal olunan sayğacların laboratoriya və istismar sahələrinə baxış keçirilib.

Bundan başqa media nümayəndələri zavodda hazırlanan məişət cihazlarının hazırlanma prosesini izləyiblər. Daha sonra jurnalistlərə zavodun fəaliyyətindən danışılıb. Bildirilib,ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədilə 2021-ci ilin noyabr ayının 4-də SOCAR “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının “Azəriqaz” tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub. Memorandum çərçivəsində ilkin olaraq 2000 ədəd qaz sayğacının “Azəriqaz” İB-yə təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda “Azəriqaz”ın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında SOCAR “Azəriqaz” İB-nin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlanıb. “Azəriqaz” ilə zavod arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulub:

- Sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığının azalması; Yəni qaz sayğaclarının alqı-satqısının yerli istehsalla həyata keçirilməsi;
- Yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi;
- Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması;
- Şəffaflığın təmin edilməsi;
- Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi.

Qeyd edək ki, “Gəncə Cihazqayırma Zavodu” enerji resurslarının ölçülməsi vasitələrinin istehsalı sahəsində ixtisaslaşıb. 2023-cü ildən etibarən Zavodda məişət qaz sayğaclarının istehsalına start verilib. Bu da əvvəllər idxal olunan məhsulların yerli istehsalla əvəzlənməsinə təkan verib. Zavodda yeni istehsalat sexləri inşa edilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb, qaz sayğaclarının mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Paralel olaraq, bu sahədə çalışacaq mütəxəssislər də yetişdirilib. 2024-cü ildən etibarən respublikanın qaz təsərrüfatına 400 mindən çox termokompensatorlu mexaniki qaz sayğacı və 300-ə yaxın qaz ölçü qovşağı təhvil verilib. Yeni tipölçülü sayğaclar, o cümlədən G6 tipli və “smart” sayğaclar mənimsənilərək istehsala daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri