Icma.az
close
up
RU
“Azəriqaz” müharibə iştirakçılarını işsiz qoydu AZƏR MƏMMƏDOVDAN PREZİDENTƏ KÜTLƏVİ ŞİKAYƏT

“Azəriqaz” müharibə iştirakçılarını işsiz qoydu AZƏR MƏMMƏDOVDAN PREZİDENTƏ KÜTLƏVİ ŞİKAYƏT

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göyçay rayon sakini olan bir qrup müharibə veteranı və qazi qanunsuz işdən azad edildikləri üçün prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətlərinin bir surətini də Gununsesi.info-ya yollayan müharibə iştirakçısı yazır: 

Cənab Prezident!

Biz Sizin rəhbərliyinizlə Vətən müharibəsində tarixi Qələbə qazanan xalqın nümayəndələriyik. Biz döyüş meydanlarında Sizin “Qarabağ Azərbaycandır!” çağırışınızı həyatımızın məqsədinə çevirdik. Səngərlərdə, minalı sahələrdə, atəş altında dövlətimizin ərazi bütövlüyü uğrunda canımızı və sağlamlığımızı riskə atdıq.

Bu gün biz fəxr edirik ki, Sizin rəhbərliyinizlə torpaqlarımız azad olunub, üçrəngli bayrağımız Şuşada, Laçında, Zəngilanda, Füzulidə dalğalanır.
Lakin təəssüflə bildiririk ki, müharibədən qayıtdıqdan sonra bizim bir çoxumuz əmək və sosial sahədə ciddi çətinliklərlə üzləşmişik.

Biz bu müraciətə imza atan qazilər, uzun müddət “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə “Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsində çalışmışıq.

İşlədiyimiz müddətdə nizam-intizamlı, vicdanlı əməkdaş olmuşuq, dövlətin etimadını doğrultmuşuq.
Lakin 05 noyabr 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavilələrimizə xitam verilib.

Hazırda işsiz qalmışıq, ailələrimizi dolandırmaqda çətinlik çəkirik. Müharibə veteranı kimi aldığımız aylıq 80 manatlıq müavinət ailə xərclərimizi qarşılamağa heç bir halda kifayət etmir. Himayəmizdə azyaşlı uşaqlar, xəstə valideynlər var, bir çoxumuz kirayədə yaşayırıq”.

“Azəriqaz” rəhbərliyinin bu addımı həm mənəvi, həm də hüquqi baxımdan qanunsuzdur.

Belə ki, Azərbaycan Respublikasının “Müharibə veteranlarına verilən imtiyazlar haqqında” Qanunun 3.0.6-cı bəndinə və Əmək Məcəlləsinin 17 və 74-cü maddələrinə əsasən, qazilər və müharibə veteranları sosial müdafiəyə ehtiyacı olan şəxslər kimi dövlət müəssisələrində işlə təminat zamanı növbədənkənar üstünlük hüququna malikdirlər.

Məsələ ilə bağlı “Azəriqaz” rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri