Icma.az
close
up
RU
“Azəriqaz” tələbələrlə görüş keçirdi FOTO VİDEO

“Azəriqaz” tələbələrlə görüş keçirdi FOTO VİDEO

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələr arasında təbii qazdan təhlükəsiz istifadə qaydaları və dəm qazından yaranan bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Sumqayıt Dövlət Universitetində görüş keçirilib. Əsasən payız-qış mövsümündə, havaların soyuq keçdiyi aylarda dəm qazından zəhərlənmə, boğulma halları baş verir. Statistik məlumatlar göstərir ki, dəm qazından zəhərlənmə daha çox kirayə evlərdə yaşanır.

Xüsusi ilə tələbələr büdcələrinə uyğun olaraq daha münasib, ancaq standartlara uyğun olmayan qaz cihazları ilə təchiz olunan fərdi yaşayış evlərinə və ya mənzillərə üstünlük verirlər. Üstəlik, tüstü bacalarının vaxtında təmizlənməməsi də dəm qazından boğulma hallarını qaçılmaz edir. Məhz bu səbəbdən “Azəriqaz” İB bu aksiyaya start verərək, tələbələrlə mütəmadi görüşlərə qərar verib. Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov gözə görünməyən, rəngsiz, qoxusuz olan dəm qazının yaranma səbəblərini, ondan necə qorunmağın yollarını tələbələrə izah edib. Şöbə rəisinin sözlərinə görə mülk sahibi kirayə verməzdən öncə evini qışa hazırlamalı, bacaları təmizlətməli, istilik sistemindəki problemləri həll etməlidir. Həmçinin tələbələr də yaşadıqları mənzillərdə, habelə kirayə ev axtardıqları zaman bu hallara mütləq şəkildə diqqət göstərməlidirlər.

Dəm qazının natamam yanma prosesi  nəticəsində yarandığını deyən şöbə rəisi qeyd edib ki, bu halın baş verməsinə texniki nasazlıq, havalandırma sisteminin düzgün işləməməsi, istismar müddəti bitmiş cihazlardan istifadə səbəb olur. “Buna görə də qaz sobalarının, su qızdırıcılarının müntəzəm yoxlanışı, texniki baxışı vacibdir. Bu cihazların havalandırma sistemləri qapalı mühitdən çıxan qazı kənarlaşdırmaq üçün optimal şəkildə qurulmalıdır. Dəm qazı zəhərlənməsindən qorunmaq üçün detektorların quraşdırılması tövsiyə olunur. Bu cihazlar qaz sızmasını hiss edərək xəbərdarlıq siqnalı verir ki, bu da insanları vaxtında təhlükədən xəbərdar edir”, - deyə qurum rəsmisi əlavə edib. Daha sonra görüş ünvanlanan sualların cavablandırılması ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri