Icma.az
close
up
RU
Azəriqaz ın təşəbbüsü və nazirliyin dəstəyi ilə tələbələrlə görüş keçirildi FOTOLAR/VİDEO

Azəriqaz ın təşəbbüsü və nazirliyin dəstəyi ilə tələbələrlə görüş keçirildi FOTOLAR/VİDEO

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələr arasında təbii qazdan təhlükəsiz istifadə qaydaları və dəm qazından yaranan bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Sumqayıt Dövlət Universitetində görüş keçirilib. 
Demokrat.az
xəbər verir ki, əsasən payız-qış mövsümündə, havaların soyuq keçdiyi aylarda dəm qazından zəhərlənmə, boğulma halları baş verir. 
Statistik məlumatlar göstərir ki, dəm qazından zəhərlənmə daha çox kirayə evlərdə yaşanır. Xüsusi ilə tələbələr büdcələrinə uyğun olaraq daha münasib, ancaq standartlara uyğun olmayan qaz cihazları ilə təchiz olunan fərdi yaşayış evlərinə və ya mənzillərə üstünlük verirlər. Üstəlik, tüstü bacalarının vaxtında təmizlənməməsi də dəm qazından boğulma hallarını qaçılmaz edir. Məhz bu səbəbdən “Azəriqaz” İB bu aksiyaya start verərək, tələbələrlə mütəmadi görüşlərə qərar verib. 
Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov gözə görünməyən, rəngsiz, qoxusuz olan dəm qazının yaranma səbəblərini, ondan necə qorunmağın yollarını tələbələrə izah edib. Şöbə rəisinin sözlərinə görə mülk sahibi kirayə verməzdən öncə evini qışa hazırlamalı, bacaları təmizlətməli, istilik sistemindəki problemləri həll etməlidir. Həmçinin tələbələr də yaşadıqları mənzillərdə, habelə kirayə ev axtardıqları zaman bu hallara mütləq şəkildə diqqət göstərməlidirlər. 
Dəm qazının natamam yanma prosesi  nəticəsində yarandığını deyən şöbə rəisi qeyd edib ki, bu halın baş verməsinə texniki nasazlıq, havalandırma sisteminin düzgün işləməməsi, istismar müddəti bitmiş cihazlardan istifadə səbəb olur. 
"Buna görə də qaz sobalarının, su qızdırıcılarının müntəzəm yoxlanışı, texniki baxışı vacibdir. Bu cihazların havalandırma sistemləri qapalı mühitdən çıxan qazı kənarlaşdırmaq üçün optimal şəkildə qurulmalıdır. Dəm qazı zəhərlənməsindən qorunmaq üçün detektorların quraşdırılması tövsiyə olunur. Bu cihazlar qaz sızmasını hiss edərək xəbərdarlıq siqnalı verir ki, bu da insanları vaxtında təhlükədən xəbərdar edir", deyə qurum rəsmisi əlavə edib. 
Daha sonra görüş ünvanlanan sualların cavablandırılması ilə davam edib.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri