Icma.az
close
up
RU
“Azəriqaz”dan işçisinə haqsızlıq

“Azəriqaz”dan işçisinə haqsızlıq

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SOCAR vəzifəliləri və “Azəriqaz” İB rəisi təqaüdə çıxmağına 1 il 7 ay qalmış yaşlı qadını da işdən çıxarır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yazıb. O bildirib ki, səbəbsiz yerə işdən çıxarılan 63 yaşlı Zəmidə Hüseynova bu barədə hüquq müdafiəçisinə yazaraq kömək istəyib:

“SOCAR vəzifəliləri, “Azəriqaz” İB rəisi, 63 yaşlı bu xanım indi özünə harada iş tapsın? Bəndə qorxusu yoxdur sizlərdə. Heç olmasa Allahdan qorxun”.

Hüquq müdafiəçisi şikayəti də paylaşıb:

“Mən, Zəmidə Hüseynova, sizə Mingəçevir şəhərindən yazıram. 1985-ci ildə Gəncə Baza İnşaat Texnikumunun qaz təsərrüfatı üzrə texnik ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. 1986-cı ilin 20 may tarixindən Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamışam. Çalışdığım illər ərzində müxtəlif sahələrdə işləmişəm.

Artıq qaz təsərrüfatı üzrə 38 illik əmək təcrübəm var. Veteran qızıyam, veteran ailəsiyəm. 63 yaşındayam, yaş həddinə görə təqaüdə getməyimə bir il yeddi ay (1 il 7 ay) qalıb.

Çalışdığım müddət ərzində müəssisəyə təyin olunmuş imtahan və təlimlərdən yüksək nəticələr əldə etmişəm. “Azəriqaz” İstehsalat Birliyində aparılmış struktur dəyişikliyi nəticəsində regionlarda və ASAN Xidmətdə olan texniklər saxlanılmaqla, xidmət sahələrində çalışan texniklər ixtisara düşüb.

Yazıb sizdən xahiş edirəm ki, yaşımı, 38 illik əmək təcrübəmi, veteran ailəsindən olmağımı nəzərə alaraq mənim işdə qalmağıma köməklik göstərəsiniz”.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri