Azərişıq nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirdi FOTOLAR
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərişıq” ASC sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda maarifləndirici tədbirlər, görüşləri davam etdirir.
Demokrat.az xəbər verir ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən keçirilən belə görüşlərdən biri Xankəndində təşkil olunub. Xankəndi Elektrik Şəbəkəsində (EŞ) baş tutan görüşə 20-dən çox sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev iştirak edib.
Görüş zamanı sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir-bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir.
Həmçinin tədbir iştirakçılarına elektron xidmətlər barədə ətraflı məlumat verilib. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Həmçinin həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaş və sahibkarların müraciətlərinin daha asan, sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.
“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər keçirir. Sahibkar və vətəndaşların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Məqsəd abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini təmin etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“Azərişıq” Lənkəranda sahibkarlarla görüş keçirdi Fotolar
05 Dekabr 2024 12:15
“Azərişıq” Lənkəranda sahibkarlarla görüş keçirdi FOTOLAR
05 Dekabr 2024 12:11
“Azərişıq” nümayəndələri sahibkarlarla görüşdü Fotolar
22 Avqust 2025 15:31
“Azərişıq” ASC nin nümayəndələri sahibkarlarla görüşdü Fotolar
07 Mart 2025 20:03
Baxış sayı:131
Bu xəbər 06 Fevral 2026 11:16 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları