Icma.az
close
up
RU
“Azərişıq” nümayəndələri sahibkarlarla görüşdü Fotolar

“Azərişıq” nümayəndələri sahibkarlarla görüşdü Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, “Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Göyçayda görüş təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşə 50-dək sahibkar və yerli sakin qatılıb. 

Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Mərkəzi-Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Qədir Həsənov iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb.

Eyni zamanda, həm “ASAN Xidmət”  mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

Görüş zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında tədris kursları fəaliyyət göstərir. Burada dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.

“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri