“Azərişıq”dan milyonluq addım
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Sabirabad və Salyan rayonlarında elektrik təchizatı infrastrukturlarının yenidən qurulması və müasirləşdirilməsi üzrə iri satınalma prosedurunu yekunlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, layihə çərçivəsində Sabirabad rayonunun Quruzma kəndi və Salyan rayonunun Kürsəngi kəndləri ərazisində 10 kV-luq SİP-3 hava xəttinin, Komplekt Transformator Məntəqələrinin (KTM) və 0,4 kV-luq elektrik şəbəkəsinin Özünüdaşıyan İzoləedilmiş Naqil (ÖİN) xətləri ilə yenidən qurulması işləri həyata keçiriləcək.
Sözügedən tikinti-quraşdırma və yenidənqurma işlərinin icrası “RUSNUR CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Şirkətlə bağlanan müqavilənin ümumi maliyyə dəyəri 7 088 093,05 manat təşkil edir. pizza
Aparılacaq yenidənqurma işləri hər iki kənddə istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını yaxşılaşdırmağa imkan verəcək.
Cəlalə Cəlalqızı
Baxış sayı:115
Bu xəbər 14 Oktyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















