“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“Azeronline” rəqəmsal transformasiya və məlumat təhlükəsizliyi istiqamətində növbəti yeniliyi tətbiq edib.
Bizim.Media xəbər verir ki, şirkət provayderlər arasında ilk olaraq abunəçilərin şəxsi kabinetinə giriş imkanını “mygov ID” vahid giriş sistemi ilə inteqrasiya edib.
Yeni inteqrasiya “Azeronline” müştərilərinə şəxsi kabinetə daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.
“mygov ID” üzərindən autentifikasiya şəxsi məlumatların qorunmasını gücləndirir, kənar müdaxilə risklərini minimuma endirir və xidmətlərdən istifadə prosesini sadələşdirir.
Bu addım ölkədə rəqəmsal idarəetmə və vahid xidmət ekosisteminin inkişafı istiqamətində görülən işlərin davamıdır. Rəqəmsallaşmanın genişləndirilməsi, dövlət və xidmət platformalarının vahid sistem üzərindən əlçatanlığının artırılması istiqamətində müəyyən edilmiş hədəflər özəl sektorun da bu prosesə daha fəal inteqrasiyasını tələb edir.
İnnovativ xidmət platformasının inkişafı çərçivəsində abunəçilər hazırda şəxsi kabinet vasitəsilə balans, tarif və ödənişlərini rahatlıqla idarə edə, internet sürətini ölçə bilirlər.
İnternet sürəti və xidmət keyfiyyəti sahəsində ölkənin aparıcı provayderlərindən biri olan “Azeronline” yeni inteqrasiya ilə rəqəmsal xidmət imkanlarını daha da genişləndirir. Şirkət müasir texnoloji həllər və müştəriyönümlü yanaşma əsasında həm fərdi, həm də korporativ istifadəçilər üçün etibarlı internet xidmətləri təqdim etməyə davam edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 May 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















