Icma.az
close
up
RU
“Azərpoçt” “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib

“Azərpoçt” “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır.

525.az xəbər verir ki, bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək “Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyə buraxıb.

Markanın təqdimat mərasimi 5 dekabr tarixində Dövlət Bayraq Muzeyində AZCON Holding, “Azərpoçt” MMC, Dövlət Bayraq Muzeyi və digər qurumların rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirin açılışında Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Bayraq muzeyi ve eksponatlar haqqında ətraflı məlumat verib.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev öz nitqində markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.

Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri