Icma.az
close
up
RU
“Azərpoçt” silsilə markalar buraxıb FOTO

“Azərpoçt” silsilə markalar buraxıb FOTO

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vəhşi təbiətin qorunmasının vacibliyi, nadir bitki və heyvan növlərinin müxtəlifliyinin təbliği məqsədilə bütün dünyada 3 mart tarixi 2013-cü ildən etibarən Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir.

"Unikal" xəbər verir ki, bu tarixin əhəmiyyətini vurğulamaq məqsədilə “Azərpoçt” MMC-nin İsveçrənin “365 ART” şirkəti ilə birgə layihəsi nəticəsində Ümumdünya Vəhşi Təbiət Gününə həsr olunmuş eksklüziv və məhdud tirajlı poçt markaları kolleksiyası yaradılıb. Bu layihənin ərsəyə gəlməsi üçün dünyaca məşhur, işləri beynəlxalq reklam kampaniyalarında, jurnallarda və musiqi albomlarının üz qabığında geniş çap olunmuş, amerikan fotoqraf Bred Uilsonla birbaşa əməkdaşlıq edilib.

2025-ci ilin mart ayı ərzində buraxılması nəzərdə tutulan markalar müəllifin “Ekzotik həyat” adlı foto kolleksiyasına daxil olan, vəhşi təbiətin gözəlliyini və müxtəlifliyini əks etdirən fotolar əsasında tərtib olunub. Bu layihə fotoqrafiya sənətinin və filateliyanın özünəməxsus tərzinin mükəmməl və qüsursuz birləşməsini özündə ehtiva etdirir.

Markaların üzərində istifadə olunan füsunkar təsvirlər kolleksiyaçılara və təbiət həvəskarlarına ekzotik canlıların gözəlliyini hiss etmək və estetik zövq almaq fürsəti verir. 

Qeyd edək ki, hər bir markanın üzərində yerləşdirilmiş QR-kod fotoların rəsmi mənbə saytına keçid verərək fotonun orijinal versiyası ilə yanaşı, üzərində göstərilmiş heyvan haqqında da ətraflı məlumat almaq imkanı yaradır. 

Qeyd edək ki, bu silsilə markalar yüksək bədii əhəmiyyətə malik olmaqla bərabər, planetimizin zəngin biomüxtəlifliyini qorumağın mənəvi borcumuz olduğunu bir daha vurğulayır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Mart 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri