Icma.az
close
up
RU
“Azərpoçt” MMC brifinq keçirdi (FOTO)

“Azərpoçt” MMC brifinq keçirdi (FOTO)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair brifinq keçirib.

Brifinqdə çıxış edən "Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.

O qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən, rəqəmsal həllər sahəsində də inkişaf etməyi hədəfləyən "Azərpoçt” 2024-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərək istifadəyə verib.

Belə ki, qurum 2024-cü ildə fiziki şəxslər üçün "AzPostMobile” tətbiqini, hüquqi şəxslər üçün İnternet bankçılıq xidmətini, kiçik və orta sahibkarlar üçün isə "Mobil POS” xidmətini istifadəyə verib. Sadalanan rəqəmsal həllər öz istifadəçilərinin işini onlayn şəkildə sürətli və rahat icra etməyə imkan yaratmaqla yanaşı, xidmətin keyfiyyətinin də yüksəlməsinə səbəb olur.

Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edib ki, 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mütəmadi olaraq yenidənqurma işləri aparılır. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətləri təqdim olunub. 2023-cü ildə Xankəndi Poçt Filialının yaradılması, 2024-cü ildə isə tam istifadəyə verilməsi başa çatıb. Bu yaxınlarda isə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin daxilində AZ5800 indeksli Şuşa Poçt Filialı istifadəyə verilib.

Maliyyə göstəriciləri barədə məlumat verən İ.Mustafayev bildirib ki, qurumun 2024-cü il üzrə illik gəliri 73.5 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 2% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.5 milyon manat, EBİTDA isə 9.9 milyon manat olub. Artıq son 3 ildir ki, cəmiyyət ili xalis mənfəətlə başa vurur və maliyyə dayanıqlılığını təmin edir.

Qurum rəhbəri "Azərpoçt”un 2024-cü ildə beynəlxalq əməkdaşlıqlara da xüsusi önəm verdiyini qeyd edib. Belə ki, "Azərpoçt” təcrübə mübadiləsi və inkişaf etmək məqsədilə bir sıra beynəlxalq və regional müstəvilərdə işgüzar görüş və forumlarda iştirak edib, beynəlxalq filateliya sərgilərində təmsil olunub. Bu yaxınlarda Bakıda Ümumdünya Poçt İttifaqı tərəfindən keçirilən Avropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Qabaqcıl Elektron Məlumatlar üzrə tədbirin təşəbbüskarı kimi çıxış edən "Azərpoçt” may ayında Bakıda keçiriləcək növbəti qlobal miqyaslı poçt sektorunda "Liderlərin görüşü” tədbiri haqqında da anons verib.

Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri "Azərpoçt” tərəfindən son 3 ildə başladılmış yenilənmə proseslərinin, eləcə də yaradılmış yeni xidmətlərin təkmilləşmə işlərinin bundan sonra da davam etdiriləcəyini, eləcə də 2026 – 2030-cu illər üzrə yeni inkişaf strategiyasının hazırlanacağını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri