Icma.az
close
up
RU
“Azərpoçt” təkrar emal olunmuş materiallardan marka buraxdı FOTO

“Azərpoçt” təkrar emal olunmuş materiallardan marka buraxdı FOTO

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC regionda təkrar emal olunmuş materiallardan poçt markalarının buraxılmasına başlayıb.

Ölkə.az nazirliyə istinadən xəbər verir ki, bu yenilik poçt xidmətlərinin ətraf mühitə təsirini azaltmaq və ümumi xidmət sahəsində yaşıl həlləri təşviq etmək məqsədi daşıyır.

İlk buraxılan marka isə Azərbaycanda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub. Tədbirin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, buraxılan markaların COP29 tədbirinin konsepsiyasına və tələblərinə tam cavab verməsi “Azərpoçt” tərəfindən təmin olunub. Tam innovativ sayılan bu buraxılışın əsas ideyası ondan ibarətdir ki, markalar 100 faiz təkrar emal edilmiş materiallar əsasında çap olunub.

Markalar Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei GmbH” mətbəəsində 10 000 tirajla çap edilib. Qeyd olunub ki, təkcə kağızın təkrar emalı 2,5 ay çəkib. Bu da “Azərpoçt”un yaşıl dünya naminə həmrəylik nümayiş etdirərək, COP29 tədbirinin ideyasına sona qədər sadiq qalmasını göstərir.

Qeyd edək ki, təkrar emal edilmiş materiallardan istifadə təşəbbüsü təkcə tullantıların azaldılmasına kömək etmir, həm də regionda poçt və dövlət xidmətləri üçün yeni standart müəyyən edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see401

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see210

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see209

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see187

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see152

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see150

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see143

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see139

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see132

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see127

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see126

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri