Azərreyl in hücumçusu: Necə mübarizə aparacaqlarını bilirdik
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bu oyuna yaxşı hazırlaşmışdıq". Sport24.az xəbər verir ki, bunu "Azərreyl"in voleybolçusu Çarxlouei Mohammadhusseyn federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Hücumçu Azərbaycan Yüksək Liqasının XI turunda "Neftçi" üzərində 3:0 hesablı qələbəni şərh edib: "Rəqib də yaxşı oynadı. Biz onları yaxşı analiz etmişdik, buna görə də necə mübarizə aparacaqlarını bilirdik. Növbəti oyuna da eyni əzmlə hazırlaşacağıq. İnanıram ki, komandamız həmin matçda da uğurlu nəticə əldə etməyi bacaracaq. Çünki biz keçən ilin çempionuyuq. Bu il də çempion olmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Azərreyl" 11 turdan sonra 22 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Onlar lideri "Murov Az Terminal"dan 2 xal geri qalırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















