Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin, vergi ili ərzində Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər üzrə formalaşan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə mütənasib olan hissəsinin (yuxarı hədd 50% olmaqla) 2027-ci il 1 yanvardan 5 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















