Icma.az
close
up
RU
“Azərsun Holdinq”lə bağlı daha bir iddia yayıldı FOTOLAR

“Azərsun Holdinq”lə bağlı daha bir iddia yayıldı FOTOLAR

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, ötən il Rusiya nəzarət orqanları bildirib ki, “Starodvorskie kolbasa” şirkətinin kolbasalarında qadağan olunmuş ət yapışqanı – mikrobial transqlutaminaz aşkarlanıb. Şirkət “Vyazanka”, “Starodvorye”, “Soçinka” və “Yadryona kopot” brendləri altında məhsullar istehsal edir.

Ferment əzələ toxumasını bir-birinə “yapışdırmaq” və aşağı keyfiyyətli məhsulların teksturasını yaxşılaşdırmaq üçün istifadə olunur. Bundan əlavə, üyüdülmüş balıq ətindən krevetka və krab çubuqları hazırlamaq üçün də tətbiq edilir.

32gun.az-ın araşdırmasına görə, “Starodvorye”yə məxsus məhsullar Azərbaycanda “Azərsun Holdinq”ə aid “Bazarstore” mağazalarında satılır. Qiymətlər belədir:

STARODVORYE SOSİSKA MOLOCNIYE ZAVTRAK KQ – Endirimli: 13.89 ₼

STARODVORYE SOSİSKA DATSKIYE KQ – Normal: 15.89 ₼

STARODVORYE SOSİSKA 400 Q MOLOCNIYE ZAVT – Endirimli: 6.99 ₼, Normal: 7.89 ₼

STARODVORYE KOLBASA 350 Q LEVANTSKIY – Normal: 8.99 ₼

STARODVORYE KOLBASA 400 Q DOKTOR ORIGINA – Normal: 7.99 ₼

Departament məlumatına görə, 2023-cü ildə belə hallar 25-ə çatıb, 2022-ci illə müqayisədə iki dəfə artıb. 2024-cü ilin ilk yarısında isə artıq 28 hadisə qeydə alınıb.

2023-cü ildə, bir sıra idxalçı ölkələrin baytarlıq-sanitariya tələblərinə uyğunsuzluq səbəbindən Rosselxoznadzor “Starodvorskie kolbasa” QSC-nin yoxlama hesabatlarını ləğv edib və şirkətin hazır ət məhsullarının Abxaziya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyət qoyub.

Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllədir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.

"Azərsun Holdinq"in Müşahidə Şurasının sədri  Əhməd Gözəldir (Ahmet Gozal). O bu vəzifəyə yanvarın 18-də atası Abdolbari Gozalin dünyasını dəyişməsindən sonra gəlib. 

 

Ə.Gozal "Azərbaycan Sənaye Bankı"nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.

"Azərsun Holdinq"in qanuni təmsilçisi isə şirkətin idarə heyətinin üzvü olan Mehmet Savaş Uzandır.

Xatırladaq ki, daha əvvəl “Bazarstore” barədə Dövlət Vergi Xidməti tərəfindən AKT tərtib edilməsi barədə xəbər vermişdik.

Mənbə:

https://32gun.az/news/55741/terkibinde-qadagan-olunmus-et-yapisqani-askarlanan-rusiya-sirketinin-mehsullari-azerbaycanda-satisda-bazarstoreda-tapildi-fotolar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri