Kürdlər arasında parçalanma: Qalibaf gizlicə Tələbani ilə görüşdü
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İraq “Kürdüstan Vətənpərvərlər İttifaqı”nın (KVİ) rəhbəri Bafel Tələbani ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arasında gizli görüş keçirilib.
Teleqraf xəbər verir ki, bunu İraq “Kürdüstan Demokrat” partiyasının nümayəndəsi Məhəmməd Zəngənə “Al-Hadath” telekanalına müsahibəsində deyib.
O bildirib ki, görüş Tələbaninin Şimali İraq Kürd Muxtariyyətindən ayrılmaq təhdidi ilə əlaqəlidir.
İddia kürd muxtariyyətinin iki əsas siyasi partiyası arasında fikir ayrılıqlarının dərinləşməsi fonunda səsləndirilib. Bafel Tələbani noyabrın 5-də yayımladığı videomüraciətdə KVİ-nin Kürd Regional Hökumətindən çıxdığını elan edib və regional parlamentin son iclasında qəbul edilən qərarları tanımadığını bildirib.
Kürd Muxtar Regionunun parlamenti təxminən iki illik fasilədən sonra, çərşənbə günü KVİ və bir sıra digər partiyaların iştirakı olmadan iclas keçirərək yeni sədrini seçib. Tələbani bu addımı “birtərəfli və qanunsuz” adlandırıb. O, Ərbildə yeni vəzifəli şəxslər təyin ediləcəyi təqdirdə, KVİ-nin də Süleymaniyyədə analoji vəzifələrə öz nümayəndələrini təyin edəcəyi barədə xəbərdarlıq edib.
Ərbil Kürd Regional Hökumətinin mərkəzi və “Kürdüstan Demokrat” Partiyasının əsas dayağıdır. Süleymaniyyə isə KVİ-nin əsas siyasi dayağı hesab olunur. Bu iki partiya keçmişdə bölgəni ayrı-ayrı idarəetmə strukturları vasitəsilə idarə edib. Tələbaninin son təhdidi isə paralel idarəetmə sisteminə qayıdış ehtimalını gündəmə gətirib.
Zəngənə Tələbani ilə Qalibaf arasında iddia edilən gizli görüşün geniş təfərrüatları və ya bu görüşün son siyasi gərginliklə əlaqəsi barədə əlavə məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















