Icma.az
close
up
RU
AZƏRTAC və Malayziyanın Bernama xəbər agentliyi əməkdaşlığı genişləndirəcək

AZƏRTAC və Malayziyanın Bernama xəbər agentliyi əməkdaşlığı genişləndirəcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 noyabr, AZƏRTAC

Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda iştirak edən Malayziyanın Bernama xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də AZƏRTAC-ı ziyarət edib.

Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştiraklarını, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotolara, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət eksponatlara baxıblar.

İştirakçılar AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun xatirə guşəsi ilə tanış olublar. Onlara jurnalistin həyat yolu barədə ətraflı danışılıb.

Sonra keçirilən görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, AZƏRTAC ilə Bernama 2014-cü ildən bəri əməkdaşlıq edir, gündəlik informasiya mübadiləsi həyata keçirir. O əlavə edib ki, agentliklərimiz Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində də uğurlu əlaqələr qurub.

Vüqar Əliyev, həmçinin dünən Bakıda keçirilən D-8 Media Sammitində Media Mükəmməlliyi Mərkəzinin yaradılması ilə bağlı qərarın əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu Mərkəz üzv ölkələr arasında informasiya mübadiləsini gücləndirəcək və media sahəsində peşəkarlığın artırılmasına töhfə verəcək.

Bernama xəbər agentliyinin baş direktoru AZƏRTAC-la əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun olaraq multimedia sahəsində informasiya mübadiləsinə daha intensiv yanaşılmalıdır.

Görüş çərçivəsində AZƏRTAC və Bernama arasında mövcud olan əməkdaşlıq haqqında memorandumun yenilənməsinə dair razılıq əldə edilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri qonaqları gələn il keçiriləcək Şuşa Qlobal Media Forumuna dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri