Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Azexport” portalının rəhbəri: Azərbaycan regionun siyasi iqtisadi lokomotivi rolunda…

“Azexport” portalının rəhbəri: Azərbaycan regionun siyasi iqtisadi lokomotivi rolunda…

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda Türk Dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov dövlətimizin başçısının son bir ildə Çinə bir neçə dəfə səfər etməsinin Azərbaycanın regionda artan nüfuzunun və qlobal miqyasda siyasi-iqtisadi proseslərdə fəal iştirakının bariz göstəricisi olduğunu qeyd edib. Bildirib ki, xüsusilə, 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ölkəmizi Asiyada etibarlı tərəfdaş kimi tanıtdı. Ardınca 2025-ci ilin aprelində dövlət səfəri çərçivəsində rəqəmsal iqtisadiyyat, yaşıl enerji, kosmik tədqiqatlar, əqli mülkiyyət kimi strateji sahələri əhatə edən sənədlərin imzalanması gələcək onilliklər üçün güclü təməl yaratdı.

Portal rəhbəri qeyd edib ki, bu səfərlərin təkcə diplomatik deyil, həm də simvolik məna daşıması diqqətçəkəndir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tiencindən Pekinə qatarla səfəri, Çin xalqının İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümündə yüksək səviyyədə iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, tarixi yaddaşla müasir geosiyasət arasında körpü funksiyasını nümayiş etdirdi. Bu, Azərbaycanın sülh, təhlükəsizlik və beynəlxalq həmrəyliyə verdiyi töhfənin simvolik ifadəsi oldu.

Azərbaycanın Çinə ixracının son illərdə sürətli artımı yalnız rəqəmlərdə deyil, həm də struktur dəyişikliklərində özünü göstərir. Əgər bir neçə il öncə ixrac əsasən xammal yönümlü idisə, bu gün Çin bazarına çıxarılan məhsulların çeşidində emal olunmuş və əlavə dəyər yaradan mallar da yer alır. Belə ki, hazırda Çinə göndərilən məhsullar arasında ətir və əczaçılıq sənayesində istifadə olunan bitkilər, pambıq tiftiyi və tibbi təyinatlı tekstil materialları, çörək-bulka və unlu qənnadı məmulatları, müxtəlif meyvə cemləri, mürəbbələr, şirələr və üzüm şərabları diqqət çəkir. Bununla yanaşı, polietilen və plastik məmulatlar, gön-dəri və ondan hazırlanan məhsullar da ixracda mühüm paya malikdir. Trikotaj geyimlər, kompressiyaedici corablar və qadın geyim dəstləri kimi tekstil məhsullarının Çin bazarına çıxarılması isə göstərir ki, Azərbaycan artıq emal sənayesinin məhsullarını da uğurla ixrac etməyə başlayıb. Statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 26,78 faiz artaraq 2,5 milyard dolları ötüb. Təqribən 528,5 milyon dollarlıq artım onu sübut edir ki, Azərbaycan artıq ticarət əlaqələrində stabillik mərhələsindən genişlənmə mərhələsinə keçib. Ən diqqətçəkən məqamlardan biri isə ixrac göstəricisidir. Belə ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın Çinə ixracı 53,2 milyon dollara çataraq 4,6 dəfə artıb. Həcm hələlik böyük olmasa da, artımın tempi son dərəcə əhəmiyyətlidir və Azərbaycanın Çin bazarında möhkəmlənməkdə olduğunu göstərir. Burada xüsusilə kənd təsərrüfatı məhsulları, ərzaq və emal olunmuş mallar əsas istiqamət kimi önə çıxır. Bundan əlavə, Çin ilə ticarətin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 8,68 faizə yüksəlib ki, bu da bir ildə 1,34 faiz artım deməkdir. Bu tendensiya göstərir ki, Çin qısa müddət ərzində Azərbaycanın ən iri ticarət tərəfdaşlarından birinə çevrilməkdədir.

Ayxan Qədəşov vurğulayıb ki, nəqliyyat və logistika sahəsində Orta Dəhliz artıq əsas gündəm mövzularından birinə çevrilib. Azərbaycan ərazisindən keçən bu marşrut üzrə yükdaşımaların həcmi son ildə 80 faizdən çox artıb. Bu göstərici ölkəmizin coğrafi üstünlüyünü strateji layihələrlə möhkəmləndirdiyini və Avropa ilə Asiya arasında ən etibarlı tranzit mərkəzinə çevrildiyini təsdiqləyir.

Məsələ təkcə iqtisadi fayda ilə yekunlaşmır. Azərbaycan bu gün regionda yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır. Həm Türk dünyası, həm də Qafqaz ölkələri üçün siyasi və iqtisadi körpü funksiyasını yerinə yetirən ölkəmiz Avropa və Asiya ilə inteqrasiyada mühüm təşəbbüskar kimi çıxış edir.

Beləliklə, Prezident İlham Əliyevin Çinə ardıcıl səfərləri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycan diplomatiyasının uğurlu modelinə işıq salır. Bu siyasət gələcəkdə sağlam tərəfdaşlıqların möhkəmlənməsinə, regionun inteqrasiyasına və bütövlükdə inkişafın təmin edilməsinə xidmət edir. Azərbaycan artıq bütün regionun tərəqqisinə yön verən, siyasi və iqtisadi lokomotiv rolunu qətiyyətlə öz üzərinə götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri