“AzInTelecom” nümayəndələri İsmayıllıda həssas qrupdan olan uşaqlarla görüşdü Video
Banco.az saytına istinadən Icma.az xəbər verir.
“AzInTelecom” MMC DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının təşkilatçılığı ilə keçirilən “İnklüziv yay düşərgəsi”nin tərəfdaşı olub.
Düşərgə çərçivəsində əlilliyi olan uşaqlar və şəhid ailələrinin övladları ilə “AzInTelecom” nümayəndələrinin görüşü baş tutub. Görüş zamanı “AzInTelecom” tərəfindən inklüziv cəmiyyətdə rəqəmsal bacarıqların inkişafı mövzusunda maarifləndirici sessiya təşkil olunub. Sonda iştirakçılara hədiyyələr və “SİMA missiyası” nağıl kitabı təqdim edilib.
İnklüziv düşərgədə həssas qruplardan olan şəxslərin cəmiyyətə adaptasiyasının gücləndirilməsi məqsədilə Şamaxı və İsmayıllı rayonlarında interaktiv fəaliyyətlər və görüşlər təşkil olunub. İştirakçılar yaradıcılıq emalatxanalarında master-klaslara qatılıb, həmçinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və muzeyini ziyarət ediblər.
Qeyd edək ki, layihə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və “Runaway House”un tərəfdaşlığı ilə reallaşıb.
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC cəmiyyətin bütün təbəqələrinin sosial inteqrasiyasına yönəlmiş layihələri dəstəkləyir və gələcəkdə də bu istiqamətdəki fəaliyyətini davam etdirməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 İyul 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















