“AzInTelecom” SİMA həllərini Portuqaliyada keçirilən “Web Summit”də təqdim edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Portuqaliyada keçirilən “Web Summit 2026”da iştirak edib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, “AzInTelecom” sammitdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə yaradılmış Azərbaycan pavilyonunda stendlə təmsil olunub. Stenddə ziyarətçilərə SİMA Rəqəmsal Həllər Platforması barədə ətraflı məlumat verilib, xarici qurumların nümayəndələri, investorlar və ekspertlərlə təcrübə mübadiləsi aparılıb. SİMA Platformasının məhsulları ilə bağlı potensial tərəfdaşlıq imkanları və birgə layihələrin icrası müzakirə olunub.
“AzInTelecom”un sammitdə iştirakının əsas məqsədi ölkəmizin rəqəmsal və texnoloji potensialını beynəlxalq arenada nümayiş etdirmək, innovativ məhsulların xarici bazarlara ixrac imkanlarını araşdırmaq və qlobal tərəfdaşlıqlar qurmaq olub. Şirkət beynəlxalq əməkdaşlıqlarını genişləndirməklə Azərbaycanın regional rəqəmsal mərkəz kimi mövqeyini gücləndirməyə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, “Web Summit” hər il Lissabon şəhərində təşkil olunan və dünyanın müxtəlif ölkələrindən onminlərlə iştirakçını, aparıcı texnologiya şirkətlərini, startapları, investorları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirən qlobal platformadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















