Icma.az
close
up
RU
AzInTelecom VIII Beynəlxalq Bankçılıq Forumunda

AzInTelecom VIII Beynəlxalq Bankçılıq Forumunda

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC 3-4 dekabrda Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak edib.

Tədbirin əsas tərəfdaşı kimi forum məkanında "AzInTelecom"un stendi quraşdırılıb. Stenddə "AzInTelecom"un maliyyə sektoru üçün faydalı olan məhsul və xidmətləri haqqında iştirakçılara məlumat verilib. Burada xüsusilə banklara unikal imkanlar təqdim edən SİMA rəqəmsal imza, "SİMA Pay", "SİMA KYC" və onun alt məhsulları olan "Videozəng" və "Videoqeydiyyat" həlləri ilə bağlı məlumatlar təqdim edilib.

Tədbirin ilk günü "AzInTelecom"un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev "SİMA bankçılıq innovasiyalarının inkişafında" mövzusunda panel müzakirələrdə çıxış edib. SİMA ilə bankların öz xidmətlərini uğurla rəqəmsallaşdırmasından danışan F.Fərəcullayev bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.

Qeyd edək ki, "AzInTelecom"a məxsus "SİMA İmza", "SİMA KYC" rəqəmsal həllərindən artıq Azərbaycanda 9 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, onlayn əmanət yerləşdirilməsi və s. bank əməliyyatlarının bank filiallarına getmədən, məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları (BOKT, investisiya şirkətləri, elektron pulqabı və s.) da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.

Hüquqi olaraq əl imzasına bərabər tutulan "SİMA İmza" ilə maliyyə sektorunda iş yükü önəmli dərəcədə azalır, vətəndaşlar isə maliyyə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. SİMA rəqəmsal həllər platforması ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və "157" Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri