Icma.az
close
up
RU
AZIR indeksi yeni yanaşma ilə hesablanacaq

AZIR indeksi yeni yanaşma ilə hesablanacaq

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsinin (AZIR) hesablanması və açıqlanması üzrə yeni qaydalar təsdiq olunub.

Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2023-cü il mayın 1-dən etibarən banklararası təminatsız pul bazarında bençmark faiz dərəcəsi olan AZIR (Azerbaijan Interbank Rate) indekslərinin gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanmasına başlanılıb. Ötən 2 ildə AZIR indekslərinin dinamikası aktiv banklararası təminatsız pul bazarının mövcudluğunu və bank sektorunda likvidliyin səmərəli idarə olunmasını göstərir. AZIR indeksi pul siyasətinin ötürücülüyünün monitorinqinin mühüm göstəricisi hesab olunur. Ötən müddətdə pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə dair qərarlar əsasən 1 günlük AZIR indeksinə əsaslanmaqla qəbul edilib. 2023-cü ilin noyabrından etibarən 1 günlük AZIR indeksi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dəhlizi daxilində idarə olunmuşdur ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndiyini nümayiş etdirir. Aparılmış təhlillər göstərir ki, AZIR indekslərinin dəyişimi depozit və kredit faizlərinə də təsir göstərməyə başlayıb. Bu o deməkdir ki, AZIR indeksinin maliyyə alətləri, o cümlədən kreditlər və istiqrazlar üçün istinad faiz dərəcəsi kimi istifadə olunmasının əsası qoyulub.

Mərkəzi Bank ötən dövrdə banklararası pul bazarında gedən proseslərin təhlilini və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayaraq təsdiq edib. Bu qaydalar özündə bir sıra yenilikləri ehtiva edir.

İndeksin əsassız kəskin dəyişkənliyinə imkan verməmək üçün yeni metodologiyada orta bazar faizlərindən kəskin fərqlənən faiz dərəcələri ilə bağlanılmış əqdlərin ən yüksək və ən aşağı faizlərlə bağlanılmış 10%-lik hissəsinin hesablamadan çıxarılması nəzərdə tutulur. Eləcə də, yeni qaydalarda tələb olunan həcmlərdə və sayda əməliyyatların olmadığı günlərdə də AZIR-in dərcinin davamlılığı üçün ehtiyat hesablama planları nəzərdə tutulub. AZIR-in dərcində fasilələrin aradan qaldırılmasına yönəlmiş dəyişikliklər AZIR-in istinad dərəcəsi kimi pul bazarının iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir. AZIR-in istinad faiz dərəcəsi rolunda çıxış etməsi yerli pul bazarının digər seqmentlərində faizlərin formalaşması baxımından da mühümdür. Yeni metodologiya ilə hesablanan AZIR indeksi Mərkəzi Bankın pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə ediləcəkdir.

Yeni qaydalar həm də müxtəlif müddətlər üzrə toplanan (compounded) faizli AZIR dərəcələrinin hesablanaraq açıqlanmasını nəzərdə tutur. Yeni metodologiyaya uyğun olaraq 30, 90 və 180 günlük dövr üzrə toplanan faizli AZIR dərəcələri müvafiq dövr ərzində açıqlanmış günlük AZIR-lərin əsasında hesablanacaq. Bu indekslər müvafiq olaraq ötən 30, 90, 180 günlük dövr ərzində gündəlik olaraq açıqlanmış faiz dərəcələri əsasında formalaşdığı üçün onların qeyd edilən ötən dövrlər üzrə AZIR-in orta dinamikasını xarakterizə edən statistik göstəricilər olduğu nəzərə alınmalıdır. Bunlardan əlavə, gündəlik açıqlanan AZIR dərəcəsi əsasında baza tarixi 01.11.2024-cü il olmaqla Toplanan Faizli Artan İndeksin də açıqlanması nəzərdə tutulur. Bu indeks bazar iştirakçılarına istənilən qeyri-standart istinad dövrü üçün toplanan faizli AZIR dərəcələrini hesablamağa imkan verəcəkdir.

Yeni yanaşma əsasında hesablanacaq AZIR dərəcəsi 2025-ci ilin may ayının 15-dən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri