Icma.az
close
up
RU
AZIR in hesablanması və açıqlanması üzrə yeni qaydalar təsdiq olunub

AZIR in hesablanması və açıqlanması üzrə yeni qaydalar təsdiq olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 may, AZƏRTAC

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) AZIR (Azerbaijan Interbank Rate) indeksini yeni yanaşma əsasında hesablamağa başlayıb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, 2023-cü il mayın 1-dən etibarən banklararası təminatsız pul bazarında bençmark faiz dərəcəsi olan AZIR indekslərinin gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanmasına başlanılıb. Ötən 2 ildə AZIR indekslərinin dinamikası aktiv banklararası təminatsız pul bazarının mövcudluğunu və bank sektorunda likvidliyin səmərəli idarə olunmasını göstərir. AZIR indeksi pul siyasətinin ötürücülüyünün monitorinqinin mühüm göstəricisi hesab olunur. Ötən müddətdə pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə dair qərarlar əsasən 1 günlük AZIR indeksinə əsaslanmaqla qəbul edilib. 2023-cü ilin noyabrından etibarən 1 günlük AZIR indeksi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dəhlizi daxilində idarə olunub ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndiyini nümayiş etdirir. Aparılmış təhlillər göstərir ki, AZIR indekslərinin dəyişimi depozit və kredit faizlərinə də təsir göstərməyə başlayıb. Bu o deməkdir ki, AZIR indeksinin maliyyə alətləri, o cümlədən kreditlər və istiqrazlar üçün istinad faiz dərəcəsi kimi istifadə olunmasının əsası qoyulub.

Ötən dövrdə banklararası pul bazarında gedən proseslərin təhlilini və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayaraq təsdiq edib. Bu qaydalar özündə bir sıra yenilikləri ehtiva edir.

İndeksin əsassız kəskin dəyişkənliyinə imkan verməmək üçün yeni metodologiyada orta bazar faizlərindən kəskin fərqlənən faiz dərəcələri ilə bağlanılmış əqdlərin ən yüksək və ən aşağı faizlərlə bağlanılmış 10 faizlik hissəsinin hesablamadan çıxarılması nəzərdə tutulur. Eləcə də, yeni qaydalarda tələb olunan həcmlərdə və sayda əməliyyatların olmadığı günlərdə də AZIR-in dərcinin davamlılığı üçün ehtiyat hesablama planları nəzərdə tutulub. AZIR-in dərcində fasilələrin aradan qaldırılmasına yönəlmiş dəyişikliklər AZIR-in istinad dərəcəsi kimi pul bazarının iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir. AZIR-in istinad faiz dərəcəsi rolunda çıxış etməsi yerli pul bazarının digər seqmentlərində faizlərin formalaşması baxımından da mühümdür. Yeni metodologiya ilə hesablanan AZIR indeksi Mərkəzi Bankın pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə ediləcəkdir.

Yeni qaydalar həm də müxtəlif müddətlər üzrə toplanan (compounded) faizli AZIR dərəcələrinin hesablanaraq açıqlanmasını nəzərdə tutur. Yeni metodologiyaya uyğun olaraq 30, 90 və 180 günlük dövr üzrə toplanan faizli AZIR dərəcələri müvafiq dövr ərzində açıqlanmış günlük AZIR-lərin əsasında hesablanacaq. Bu indekslər müvafiq olaraq ötən 30, 90, 180 günlük dövr ərzində gündəlik olaraq açıqlanmış faiz dərəcələri əsasında formalaşdığı üçün onların qeyd edilən ötən dövrlər üzrə AZIR-in orta dinamikasını xarakterizə edən statistik göstəricilər olduğu nəzərə alınmalıdır. Bunlardan əlavə, gündəlik açıqlanan AZIR dərəcəsi əsasında baza tarixi 01.11.2024-cü il olmaqla Toplanan Faizli Artan İndeksin də açıqlanması nəzərdə tutulur. Bu indeks bazar iştirakçılarına istənilən qeyri-standart istinad dövrü üçün toplanan faizli AZIR dərəcələrini hesablamağa imkan verəcəkdir.

Yeni yanaşma əsasında hesablanacaq AZIR dərəcəsi 2025-ci ilin may ayının 15-dən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri