Icma.az
close
up
RU
AzMİU da “ConstructionTech Incubation” layihəsi yekunlaşıb FOTOLAR

AzMİU da “ConstructionTech Incubation” layihəsi yekunlaşıb FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən “ConstructionTech Incubation” layihəsi çərçivəsində inkubasiya proqramı başa çatıb və qaliblər müəyyənləşdirilib.

Bu barədə "Unikal"a universitetdən məlumat verilib. 

Yekun tədbirdə bildirilib ki, layihənin əsas məqsədi tikinti və inşaat sahəsində innovativ startap təşəbbüslərinin inkişafını təşviq etmək, gənclərin rəqəmsal bacarıqlarını gücləndirmək və yeni texnoloji həllərin formalaşmasına dəstək verməkdir. Proqram çərçivəsində iştirakçılar üçün təlimlər, mentorluq görüşləri və ustad dərsləri təşkil olunub.

AzMİU rəhbərliyinin nümayəndələri çıxışlarında layihənin ölkədə innovasiya ekosisteminin formalaşmasına töhfə verdiyini, universitetdə innovasiyayönümlü təhsil mühitinin yaradılmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, proqram iştirakçılarının əldə etdiyi bilik və təcrübə onların gələcək peşəkar fəaliyyətində mühüm rol oynayacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi layihənin uğurla icra edildiyini, iştirakçıların fəallığının və marağının yüksək səviyyədə olduğunu bildirib və bu tip təşəbbüslərin davamlılığının vacibliyini qeyd edib.

Məlumata görə, inkubasiya proqramına ümumilikdə 18 komanda müraciət edib, onlardan 11-i seçilərək proqrama cəlb olunub. İnkubasiya dövründə 10 təlimçi tərəfindən 20 təlim keçirilib, 12 mentor və 5 ekspertin iştirakı ilə ustad dərsləri təşkil olunub. Seçim meyarlarına əsasən 6 startap komandası final mərhələsinə yüksəlib.

Final günü münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 3 startap komandası qalib elan olunub. Birinci yerə “Contheron” komandası layiq görülərək 5500 manat mükafat qazanıb. İkinci yerin qalibi “İnvictus” komandası 4000 manat, üçüncü yerin sahibi olan “Groove” komandası isə 3000 manat mükafat əldə edib.

Qeyd edək ki, “ConstructionTech Incubation” kimi layihələr AzMİU-nun innovasiyayönümlü memarlıq və inşaat təhsili sahəsində mövqeyini gücləndirməklə yanaşı, gənclərin startap ekosisteminə inteqrasiyasına və texnoloji sahibkarlığın inkişafına mühüm töhfə verir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri