Icma.az
close
up
RU
AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 aprel, AZƏRTAC

Şimali Kipr Türk Respublikasının Beynəlxalq Final Universitetinin rektor əvəzi professor Orhan Gemikonaklı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə professor Orhan Gemikonaklı Beynəlxalq Final Universitetinin tədris və tədqiqat fəaliyyətləri barədə geniş məlumat verib. O, universitetin yüksəkkeyfiyyətli təhsil, elmi tədqiqat və beynəlxalq əlaqələr sahəsindəki uğurlarını vurğulayıb. Beynəlxalq Final Universitetinin tələbə mübadiləsi, innovativ tədris metodları və müxtəlif sahələrdəki mütəxəssislər yetişdirməyə olan diqqəti haqqında danışan Orhan Gemikonaklı bu xüsusiyyətləri ilə universitetin dünyanın müxtəlif ölkələrində tanındığını qeyd edib.

Gülçöhrə Məmmədova isə AzMİU-nun yüksək akademik keyfiyyətini, müasir tədris metodlarını, həmçinin tələbələrin nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müxtəlif proqramları haqqında danışıb. Azərbaycanda memarlıq və inşaat sahələri üzrə ali təhsilin tarixinə toxunan rektor bildirib ki, bu sahələr 1920-ci ildən etibarən inkişaf etməyə başlayıb: “Memarlıq və inşaat mühəndisliyi ixtisasları vaxtilə müxtəlif ali təhsil müəssisələrinin tərkibində yer alıb. Yalnız 1975-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi səyləri ilə indiki AzMİU yaradılıb və hazırda biz universitetin 50 illik yubileyi ərəfəsindəyik. 1920-1930-cu illərdən başlayaraq Bakıda inşa edilən tikililərin böyük əksəriyyətinin memarı və mühəndisi məhz bizim məzunlarımız olub”.

Görüşdə iqtisadiyyat, iqtisadi idarəetmə, memarlıq, dizayn ixtisasları və mühəndisliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Hər iki universitetin tədris təcrübəsinə, beynəlxalq əməkdaşlıq imkanlarına, maddi texniki təminatına və kadr potensialına toxunulub.

Tərəflər iki universitet arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə seminarların və konfransların təşkili, elmi nəticələrin mübadiləsi, alimlərin müştərək tədqiqatları və indeksli beynəlxalq nəşrlərdə birgə çap olunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Rektorlar elmi əməkdaşlığın tədris proqramlarının inkişafına və akademik mühitin daha da zənginləşməsinə böyük təsir göstərəcəyini vurğulayıblar. Bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq miqyasda yüksəkkeyfiyyətli tədqiqatların aparılmasına və mütəxəssis hazırlığı sahəsində yeni imkanların yaradılmasına təkan verəcəyini söyləyiblər.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıq barədə müsbət rəy bildirib və gələcəkdə daha konkret layihələr üzrə birgə fəaliyyət göstərmək üçün razılığa gəliblər. AzMİU və Beynəlxalq Final Universiteti arasında elmi və tədris sahəsində əməkdaşlığın genişlənməsi, yeni təhsil və tədqiqat imkanlarının yaradılması istiqamətində əhəmiyyətli addımların atılacağına inam ifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri