Icma.az
close
up
RU
AzMİU ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub AZƏRTAC

AzMİU ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Qırğızıstan Beynəlxalq Universitetinin rektoru akademik Asilbek Aydaraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə qonaqlara ali məktəbin tarixi, fəaliyyət istiqamətləri və elmi nailiyyətləri barədə ətraflı məlumat verilib. Rektor AzMİU-nun memarlıq və inşaat sahələrində Cənubi Qafqaz regionunda lider ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. O, həmçinin universitetin müasir texnologiyalar və innovasiyaların tədris prosesinə inteqrasiyası sahəsində atdığı addımlardan, eləcə də beynəlxalq miqyasda müxtəlif universitetlərlə əməkdaşlıq əlaqələrindən bəhs edib.

Akademik Asilbek Aydaraliyev isə rəhbərlik etdiyi universitetin Qırğızıstanda və Orta Asiyada təhsil və elmi-tədqiqat sahəsində qabaqcıl mövqedə olduğunu bildirib. O, universitetin multidisiplinar yanaşma və beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələrə geniş imkanlar yaratdığını, təhsil mühitində yenilikçi metodlar tətbiq etdiklərini vurğulayıb.

Görüşdə iki universitet arasında təhsil və elmi-tədqiqat sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı çoxsaylı mövzular müzakirə olunub. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə təlim, seminarlarda iştirak və tədris materiallarının paylaşılması məsələləri xüsusi olaraq qeyd edilib. Bundan əlavə, elmi-tədqiqat sahəsində birgə layihələrin, simpozium və konfransların təşkil olunması, həmçinin hər iki universitetin tələbələri üçün ortaq təcrübə proqramlarının yaradılması müzakirələrin əsas məqamlarından olub.

Rektorlar bu əməkdaşlığın Azərbaycanla Qırğızıstan arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi və gənc mütəxəssislərin beynəlxalq təcrübə qazanması üçün əhəmiyyətli bir addım olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu görüş elmi-tədqiqat və innovasiya sahələrində regional əməkdaşlığın gücləndirilməsi baxımından hər iki universitet üçün yeni imkanlar açır. Əməkdaşlığın inkişafı ilə Azərbaycan və Qırğızıstanın gənc mütəxəssisləri daha geniş təhsil və təcrübə imkanları əldə edərək hər iki ölkənin inkişafına töhfə verə biləcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri