Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qafar Qəribin 50 illik yubileyi qeyd olunub

Qafar Qəribin 50 illik yubileyi qeyd olunub

525.az saytına istinadən Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində tanınmış şair-publisist, elm və ədəbiyyat mühitində özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən Qafar Qəribin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdən əvvəl yubilyarın əsərlərindən və təltiflərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Qafar Qəribin ədəbi yaradıcılığa başlama mərhələsindən, onun təxəllüs seçimi və formalaşma dövründən danışıb. Bildirilib ki, Qafar Qərib Azərbaycan və Naxçıvan ədəbi mühitində layiqli yer tutan, sözə və sənətə sadiqliyi ilə seçilən yaradıcı simalardandır.

Akademik, həmçinin vurğulayıb ki, Qafar Qərib, Ümummilli lider Heydər Əliyevin imzaladığı 28 oktyabr 2000-ci il tarixli sərəncamla Fərdi Prezident təqaüdünə layiq görülüb, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

İsmayıl Hacıyev qeyd edib ki, Qafar Qərib uzun illər AMEA Naxçıvan Bölməsində səmərəli fəaliyyət göstərərək elmi-ədəbi mühitin inkişafına mühüm töhfələr verib. O, həmçinin qeyd edib ki, yubilyarın 2024-cü ilin sentyabrından etibarən seçicilərin etimadını qazanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilməsi xalqın ziyalılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Sonda Qafar Qərib AMEA Naxçıvan Bölməsində çoxillik və səmərəli fəaliyyətinə görə Bölmənin Fəxri Fərmanı ilə təltif olunub və ona hədiyyə təqdim edilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Qafar Qərib: sözün işığında 50 il” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə yubilyarın həyat və yaradıcılıq yolu haqqında məlumat verilib, onun poetik üslubunun əsas xüsusiyyətləri təhlil olunub. Qeyd olunub ki, Qafar Qərib qısa ifadələrlə dərin məna yaratmaq bacarığı ilə seçilən şairlərdəndir. Elxan Məmmədov çıxışı zamanı yubilyara ithaf etdiyi şeiri səsləndirib.

Məruzədə bildirilib ki, Qafar Qəribin “Gözlərsən məni” adlı ilk kitabı hələ universitet tələbəsi olduğu illərdə nəşr olunub və bu fakt Naxçıvan təhsil və ədəbi mühitində diqqətəlayiq hadisə kimi qiymətləndirilib. Onun “Gözümə döydüyüm şəkil”, “Dünya üç bucaq imiş”, “Vətən daşdan başlayırmış”, “Bu gün, bu saat, bu an”, “Qədim-yeni Naxçıvan”, “Göydən üç alma düşdü”, “İçimizdəki qəhrəman”, “İki qapı arasında”, eləcə də rus dilində nəşr olunmuş “İlahi sevgi” adlı şeir və nəsr kitabları müəllifin yaradıcılıq diapazonunun genişliyini göstərir.

Tədbirdə Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar çıxış edərək yubilyarla birgə xarici ölkələrə etdikləri səfərlərdən söz açıb, onun yüksək insani keyfiyyətlərini və dostluğa sadiqliyini xüsusi qeyd edib. Natiq çıxışını “Koroğlu” dastanından səsləndirdiyi şeir parçası ilə tamamlayıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva çıxışında Qafar Qəribin elm mühitindəki fəaliyyəti və insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. O, şairin yaradıcılığında vətənpərvərlik ideyalarının mühüm yer tutduğunu vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva isə yubilyarın bədii yaradıcılığında sadə və səmimi xalq dilinin üstünlük təşkil etdiyini bildirib. O qeyd edib ki, Qafar Qərib oxucunun qəlbinə yol tapmağı bacaran müəlliflərdəndir. Natiq həmçinin tələbə yoldaşı olduqları illərlə bağlı xatirələrini bölüşərək, tələbəlik dövründən bu günə qədər onunla qürur duyduqlarını ifadə edib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov isə çıxışında Qafar Qəribin bədii yaradıcılığının çoxşaxəli xarakter daşıdığını qeyd edib. Bildirilib ki, şairin əsərlərində Azərbaycanın azadlıq, müstəqillik və ərazi bütövlüyü ideyaları mühüm yer tutur. Bununla yanaşı, onun poeziyasında təbiət, gözəllik və insanın mənəvi dünyası kimi mövzular da geniş şəkildə əksini tapır və bu yaradıcılıq tez-tez poetik təzadlar üzərində qurulur.

Tədbirin sonunda yubilyar Qafar Qərib çıxış edərək yubiley tədbirinin təşkilinə görə İsmayıl Hacıyevə, həmçinin tədbirdə iştirak edən bütün alim və ziyalılara təşəkkürünü bildirib. O, göstərilən diqqət və xoş sözlərin onun üçün böyük mənəvi dəyər daşıdığını qeyd edib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2026 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri