Icma.az
close
up
RU
AzMİU Seulda QS tərəfindən “5 Stars” sertifikatı ilə təltif olunub FOTOLAR

AzMİU Seulda QS tərəfindən “5 Stars” sertifikatı ilə təltif olunub FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq ali təhsil reytinqləri üzrə dünyanın ən nüfuzlu qurumlarından biri olan Quacquarelli Symonds (QS) tərəfindən “5 Stars” sertifikatına layiq görülüb. Sertifikatın rəsmi təqdimat mərasimi Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə AzMİU-nu universitetin nümayəndə heyəti təmsil edib. Mərasimə dünyanın müxtəlif ölkələrindən tanınmış universitet rəhbərləri, akademiklər və təhsil ekspertləri qatılıb.

AzMİU “QS Stars Rating System” çərçivəsində aparılan çoxşaxəli qiymətləndirmə nəticəsində tədrisin keyfiyyəti, məzunların karyera imkanları, tədqiqat göstəriciləri, müəllim–tələbə nisbəti, inklyuzivlik və beynəlmiləlləşmə kimi əsas meyarlar üzrə yüksək nəticələr göstərərək “5 Stars” statusunu qazanıb.

Təqdimat mərasimində çıxış edən AzMİU nümayəndələri bu uğurun universitetdə son illər aparılan elmə və innovasiyaya əsaslanan islahatların, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinin və dayanıqlı inkişaf prinsiplərinin tədris və idarəetmə proseslərinə inteqrasiyasının məntiqi nəticəsi olduğunu qeyd ediblər.

Çıxışlarda həmçinin vurğulanıb ki, “5 Stars” sertifikatı AzMİU-nun beynəlxalq aləmdə nüfuzunun artmasının, qlobal akademik məkanda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və universitetin strateji inkişaf planında nəzərdə tutulan məqsədlərə doğru irəliləməsinin mühüm göstəricisidir. Bildirilib ki, QS sisteminin hərtərəfli təhlilləri universitetin gələcək inkişaf prioritetlərinin müəyyən edilməsində mühüm istinad mənbəyi olacaq.

Mərasim çərçivəsində QS-in rəsmi nümayəndələri tərəfindən AzMİU nümayəndə heyətinə “5 Stars” sertifikatı və rəsmi nişanı təqdim edilib.

Bu uğur AzMİU-nun beynəlxalq arenada tanınmasının güclənməsi, qlobal akademik mühitə inteqrasiyasının dərinləşməsi və dayanıqlı ali təhsil modellərinin tətbiqində lider mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri