Icma.az
close
up
RU
AzMİU nümayəndə heyəti Seulda FOTOLAR

AzMİU nümayəndə heyəti Seulda FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Cənubi Koreyanın paytaxtı Seulda keçirilən QS Sammitində iştirak edib.

"Unikal" xəbər verir ki, universiteti tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor, dosent Nigar Aslanova və strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə təmsil ediblər.

Beynəlxalq reytinq sistemi Quacquarelli Symonds (QS) tərəfindən təşkil olunan bu nüfuzlu sammit Asiya regionunun aparıcı universitetlərinin rəhbərlərini, tədqiqatçılarını və təhsil ekspertlərini bir araya gətirib. Tədbirin əsas məqsədi ali təhsildə innovasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və qlobal əməkdaşlıq sahələrində yeni tendensiyaların müzakirəsi olub.

Sammit çərçivəsində keçirilən panel və müzakirələrdə iştirakçılar ali təhsil sistemində keyfiyyətin artırılması, elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi və universitetlərin cəmiyyətə təsirinin gücləndirilməsi kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Çıxışı zamanı prorektor Nigar Aslanova AzMİU-da elm və innovasiya istiqamətində həyata keçirilən islahatlar, beynəlxalq layihələrdə iştirak, eləcə də dayanıqlı inkişaf prinsiplərinin tədris və tədqiqat proseslərinə inteqrasiyası barədə məlumat verib. O, universitetin bu istiqamətdə atdığı addımların qlobal akademik məkana inteqrasiya baxımından əhəmiyyətini vurğulayıb.

Qənirə Məmmədzadə isə AzMİU-nun strateji inkişaf istiqamətləri, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və ali təhsildə keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib.

Sammit çərçivəsində AzMİU nümayəndələri müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib, gələcək əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Seulda keçirilən QS Sammitində iştirak AzMİU-nun beynəlxalq elmi-təhsil məkanında mövqeyinin daha da möhkəmlənməsinə və qlobal tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə mühüm töhfə verir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri