Azneft dairəsində biabırçılıq İşləməyən eskalator izdiham YARATDI
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Formula 1 tədbiri səbəbindən Azneft dairəsində hərəkətin məhdudlaşdırılması və eskalatorun işləməməsi ciddi sıxlığa səbəb olub.
Redaktor.az xəbər verir ki, Formula 1 yarışları ilə əlaqədar Azneft dairəsi ərazisində bəzi keçidlərin bağlanması Bayıl qəsəbəsi, 20-ci sahə və Bibiheybət istiqamətində hərəkət edən insanların ciddi çətinliklə üzləşməsinə səbəb olub.
Ərazidə digər keçidlər bağlandığından piyadalar yalnız bir keçiddən istifadə etməli olurlar. Keçiddəki eskalatorlardan birinin, xüsusilə yuxarı istiqamətdə işləyən eskalatorun fəaliyyət göstərməməsi isə vəziyyəti daha da çətinləşdirib.
Hazırda işdən çıxaraq evlərinə gedən insanların çoxluğu ilə yanaşı, ərazidə turistlərin də olması keçiddə böyük izdiham yaradıb. İnsanlar dar ərazidə növbə gözləməli, eskalatordan istifadə etmək üçün sıxlıqda hərəkət etməli olurlar.
Vətəndaşlar yaranmış vəziyyətdən narazılıqlarını bildirərək, xüsusilə insanların işdən çıxıb evlərinə getdiyi saatlarda eskalatorun işləməməsinin ciddi narahatlıq yaratdığını qeyd ediblər.
Ərazidə yaranan sıxlığın görüntülərini təqdim edirik:
NURİYYƏ
View this post on Instagram ">http://
View this post on Instagram
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 24 Sentyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















