Icma.az
close
up
RU
“AzScienceNet”in regional əməkdaşlığa töhfələri GEANT çərçivəsində aparılan müzakirələrdə təqdim olunub

“AzScienceNet”in regional əməkdaşlığa töhfələri GEANT çərçivəsində aparılan müzakirələrdə təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Akademik Rasim Əliquliyev GEANT-ın Baş Assambleyasının iclasında iştirak edib

Bakı, 8 dekabr, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Niderlandın paytaxtı Amsterdamda GEANT Assosiasiyasının Baş Assambleyasının 37-ci iclasında iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Baş Assambleyanın iclasında GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, GN5-2 layihəsinin Avropanın elm və təhsil şəbəkəsinin inkişafında strateji əhəmiyyətinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı GEANT-ın 2026-2030-cu illər üzrə strateji inkişaf istiqamətləri müəyyən edilib, milli elm və təhsil şəbəkələri arasında əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Tədbir çərçivəsində GEANT-a üzv olan digər ölkələrlə əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Akademik Rasim Əliquliyev həmin ölkələrin müvafiq qurumlarının məsul şəxsləri ilə birgə elmi fəaliyyətin təşkili və əməkdaşlıq perspektivlərinə dair müzakirələrdə iştirak edib. Alim tədbirdə institutun GEANT Assosiasiyasında fəaliyyəti, “AzScienceNet” şəbəkəsinin regional əməkdaşlığa verdiyi töhfələr, eləcə də Azərbaycanın Avropanın elm və təhsil şəbəkələri ilə inteqrasiyası istiqamətində qarşıda duran vəzifələr və prioritetlərdən danışıb.

AMEA-nın vitse-prezidenti şəbəkə texnologiyaları üzrə seminarda da iştirak edib. Tədbirdə GEANT-ın, o cümlədən milli elm və təhsil şəbəkələrinin nümayəndələri şəbəkə infrastrukturunun gücləndirilməsi, cari layihələr, qarşıda duran vəzifələr, problemlər və yeni perspektivlərə dair fikir mübadiləsi aparıblar.

Seminarda Avropa Komissiyasının regional kibersuverenlik məsələlərinə diqqəti artırması, GEANT-ın Avropa tədqiqat ekosistemində rolunun genişlənməsi, GEANT-ın yol xəritəsi, milli elm və təhsil şəbəkələrinin infrastrukturunun Avropanın rəqəmsal suverenlik konsepsiyasının tələblərinə cavab verməsi, açıq elmin dəstəklənməsi kimi mövzular da müzakirə olunub, təkliflər irəli sürülüb.

Tədbir çərçivəsində, həmçinin bir çox ölkələrin milli elm və tədqiqat şəbəkələri nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib. Türkiyənin ULAKBİM və İtaliyanın GARR şəbəkələrinin nümayəndələri ilə şəbəkə infrastrukturunun inkişafı, ölkələrin kibertəhlükəsizliyi, kibersuverenliyi, regional layihələrdə birgə iştirak imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

-1 / 4

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri