Icma.az
close
up
RU
“Aztelekom”: Qarabağ regionu üzrə 22 şəhər və rayonlararası magistral xəttin tikintisi planlaşdırılıb

“Aztelekom”: Qarabağ regionu üzrə 22 şəhər və rayonlararası magistral xəttin tikintisi planlaşdırılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Bu ilin sonunadək “AZCON Holding”in şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Qarabağ regionu üzrə 22 şəhər və rayonlararası magistral xəttin tikintisi planlaşdırılıb.

AZƏRTAC “Aztelekom” MMC-nin yaydığı məlumata istinadla xəbər verir ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra beş il ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanır, şəhərlər və kəndlər müasir infrastrukturla bərpa olunur.

“Aztelekom” MMC də bu prosesdə fəal iştirak edərək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər görür. Hazırda ümumilikdə 9 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub. İnfrastrukturdan 6020 abunəçi istifadə edir. Onlardan 1022 nəfər əlavə olaraq telefon, 1316 nəfər isə İPTV xidmətlərindən yararlanır.

Bölgələrdə quraşdırılmış 19 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsində 22 şəhər və rayonlararası magistral xəttin tikintisi planlaşdırılıb. Onlardan 6 magistralda işlər artıq yekunlaşıb, 7 istiqamətdə tamamlanma mərhələsindədir, 8 istiqamətdə tikinti davam edir, 1 magistral üzrə isə işlərin ilin sonunadək başlanması planlaşdırılır. Ümumi uzunluğu 680 kilometr olan fiber-optik magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını gücləndirəcək.

Şirkət gələcək illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək regionda müasir və dayanıqlı rabitə infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see289

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see252

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see223

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see185

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see173

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see169

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see154

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see148

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see148

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see143

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see141

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see141

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see140

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see138

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see138

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri