Icma.az
close
up
RU
Azərbaycanda vəkillər yoxa çıxır : səbəb nədir? Açıqlama

Azərbaycanda vəkillər yoxa çıxır : səbəb nədir? Açıqlama

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda vəkillərin sayı kritik səviyyədədir və bu, gələcəkdə hüquqi sistemdə ciddi problemlərə yol aça bilər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir müddət əvvəl bildirib ki, ölkəmizdə vəkilliyə böyük maraq olsa da, digər Avropa ölkələri ilə müqayisədə vəkillərin sayı hələ də azdır. Sədrin sözlərinə görə, hər il orta hesabla 350-dək şəxs vəkilliyə qəbul olunur, lakin hüquqşünasların ümumi sayı məhduddur və bu sahəyə tələbat böyükdür. 

Bu çatışmazlığın əsas səbəbi nədir və gələcəkdə necə aradan qaldırmaq mümkündür?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Azərbaycanda hüquqşünasların sayı kifayət qədər deyil və bu problem artıq müxtəlif sahələrdə hiss olunur:

“Məsələn, son dövrlər məhkəmə iclas katibləri ilə bağlı tələblərin yumşaldılması buna bariz nümunədir. Əvvəllər bu vəzifə üçün hüquqşünas ixtisası əsas şərt hesab olunurdusa, hazırda həmin məhdudiyyət aradan qaldırılıb və filoloqların, tarixçilərin də məhkəmə iclas katibi kimi çalışmasına imkan verilir. Bu fakt ölkədə hüquqşünas çatışmazlığının nə qədər ciddi olduğunu göstərir və əlavə izaha ehtiyac qalmır”.

Mehman Muradlı

Vəkil hesab edir ki, mövcud problemin aradan qaldırılması üçün Azərbaycanda ən azı bir Hüquq Akademiyası yaradılmalıdır:

“Daha məqsədəuyğun variant isə həmin akademiyanın Gəncə şəhərində fəaliyyət göstərməsidir. Bunun həm tarixi, həm də praktiki əsasları var. Cümhuriyyət dövründən bu günə qədər Azərbaycan hüquq elminə və dövlət idarəçiliyinə mühüm töhfələr vermiş tanınmış hüquqşünasların böyük hissəsi məhz Gəncə ilə bağlı olub. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəyli bir neçə hökumət kabinetində təmsil olunaraq dövlətçilik tariximizdə mühüm rol oynayıb. Sonrakı dövrlərdə isə Murtuz Ələsgərov SSRİ məkanında konstitusiya hüququ sahəsində tanınmış simalardan biri kimi yadda qalıb. Müasir dövrdə də Azərbaycan hüquq elminin korifeylərindən sayılan Məsumə Məlikova uzun illərdir ki, həm nəzəriyyəçi alim, həm də hüquq sahəsində sözünü demiş mütəxəssis kimi tanınır. Belə nümunələrin sayı kifayət qədərdir və onların əksəriyyətinin yolu Gəncədən keçib”.

Mehman Muradlı qeyd edib ki, Gəncənin coğrafi mövqeyi də Hüquq Akademiyasının burada yerləşdirilməsini zəruri edir:

“Şəhər həm Qərb bölgəsini, həm də digər regionları əhatə etmək baxımından əlverişli mövqedədir və ölkənin müxtəlif bölgələrindən olan gənclər üçün daha əlçatan hesab olunur. Bu səbəbdən Gəncədə Hüquq Akademiyasının yaradılması hüquqşünas kadr hazırlığında müəyyən qədər də olsa, mövcud boşluğun doldurulmasına ciddi töhfə verə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:401
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri