Icma.az
close
up
RU
Epşteyn qurbanının bacısı 1996 cı ildə müraciət edibmiş FTB araşdırma aparmayıb

Epşteyn qurbanının bacısı 1996 cı ildə müraciət edibmiş FTB araşdırma aparmayıb

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maliyyəçi Ceffri Epşteynin qurbanlarından birinin bacısı Maria Farmer hələ 1996-cı ildə onun cinayətləri ilə bağlı ABŞ Federal Təhqiqat Bürosuna (FTB) müraciət edib, lakin bu məlumat illərlə araşdırılmadan qalıb.

Moderator.az xəbər verir ki, bu barədə açıqlama Epşteyn işi ilə bağlı yeni açıqlanan sənədlərdə yer alıb.

Sənədlərə əsasən, Epşteyn üçün çalışan rəssam Maria Farmer 1996-cı ildə hüquq-mühafizə orqanlarına müraciət edərək, Epşteynin onun azyaşlı bacılarına aid çılpaq fotoları oğurladığını və satmağa cəhd etdiyini bildirib. Farmerin bacısı Enninin Epşteyn və onun əlbirçisi Gisleyn Maksvell tərəfindən 16 yaşında olarkən cinsi istismara məruz qaldığı daha sonra məhkəmədə təsdiqlənib.

Sənədlərdə qeyd olunur ki, Maria Farmer Epşteynin onu hədələdiyini, şikayət edəcəyi təqdirdə evini yandıracağını dediyini də bildirib.

"The New York Times" yazır ki, FTB bu müraciəti heç vaxt rəsmi şəkildə tanımayıb və ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı daxili araşdırmasında da bu hesabatdan bəhs olunmayıb.

Maria Farmerin vəkili Cennifer Friman bildirib ki, bu sənədin ictimailəşdirilməsi həm “qələbə”, həm də “faciə”dir:
“Əgər hökumət 1996-cı ildə öz işini düzgün görsəydi, yüzlərlə, hətta minlərlə qurban xilas edilə bilərdi”.

Qeyd edək ki, Epşteyn yalnız 2000-ci illərin ortalarında azyaşlılara qarşı cinsi istismar ittihamları ilə üzləşib. 2019-cu ildə həbs edilən Epşteyn həmin il həbsxanada ölü tapılıb.

Məsələ ABŞ-də hüquq-mühafizə orqanlarının Epşteyn işi ilə bağlı fəaliyyətsizliyi və mümkün himayə iddialarını yenidən gündəmə gətirib.

(Teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri