Aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərildi FOTO
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq əsasında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilib.
Sfera.az bildirir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatlar Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanovun iştirakı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşlara növbəti ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
“Pro Bono” vəkil bürosunun vəkilləri tərəfindən ümumilikdə 21 aztəminatlı Yasamal rayon sakinlərinə müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə müraciətləri dinlənilərək məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















