Xətai rayonunda aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım aksiyası keçirilib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Bu gün, Xətai rayonu, 35 saylı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə, Milli Məclis və Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib.
Newscenter.az xəbər verir ki, bu xüsusda deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbuluna 4 vəkil cəlb olunub.

Görüşlərdə həmçinin, Milli Məclisin İqtisadi Qanunvericilik şöbəsinin əməkdaşı və Xətai Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrinin nümayəndələri iştirak edib.
Qəbulda, ümumilikdə, 48 vətəndaş hüquqi yardımla təmin edilib, onların ərizələrinə baxılıb.
Deputat və vəkillər tərəfindən qaldırılan məsələlərə dair vətəndaşlara geniş izahatlar verilib.

Vəkillər müraciətlərin mahiyyətinə uyğun olaraq, aidiyyatı sahələrdə məhkəmə çəkişmələri, eləcə də, məhkəmə qərarlarının icrası ilə əlaqədar məsləhətlər verib, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli üçün zəruri tədbirlər müəyyənləşdirilib, deputat səlahiyyətləri daxilində olan məsələlər üzrə isə aidiyyəti qurumlarla əlaqələndirmək üçün ərizələr qəbul edilib.
194 nömrəli məktəbdə baş tutan səyyar qəbul vətəndaşlar tərəfindən razılıqla qarşılanıb, onlar Milli Məclis və Vəkillər Kollegiyasına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncamdan irəli gələrək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq da pulsuz hüquqi yardım aksiyaları həyata keçirilir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib FOTO
25 İyun 2025 09:26
Nərimanov rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib
08 İyul 2025 07:07
Zaqatalada vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib
28 İyun 2025 20:17
Şabran ödənişsiz hüquqi yardım aksiyası keçirilib FOTOLAR
28 Oktyabr 2025 14:57
Aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımla bağlı tədbir keçirilib
30 Oktyabr 2025 22:01
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















