Müharibədən zərər görmüş şəxslərə ödənişsiz hüquqi yardım xidməti göstərilir FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəni uğurla icra edir.
"Cebheinfo.az" xəbər verir ki, layihənin məqsədi şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial hüquqlar — əmək, tibb, sosial təminat, ailə, təhsil və digər sahələr üzrə məlumatlandırılması, eləcə də onlara ödənişsiz hüquqi yardım göstərilməsidir.
Fəaliyyət planına uyğun olaraq, 6 avqust 2025-ci il tarixində Tovuz Gənclər Evinin akt zalında ödənişsiz hüquqi yardım günü keçirilib. Görüşdə iştirak edən müharibədən zərər görmüş şəxslər fərdi şəkildə hüquqi məsləhətlər alıblar.
Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. Klinikaya müraciətlər may ayının 5-dən qəbul edilir. Qəbul günləri həftənin I–V günləri, saat 10:00–17:00 arasıdır.
Klinikanın ünvanı: Bakı şəhəri, A.M. Şərifzadə 122/121
Əlaqə: (055) 612 85 45
Qeyd edək ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi 29 iyun 2012-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etməklə vətəndaşların sosial hüquqlarının müdafiəsinə töhfə verməkdir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















