AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Texniki Universiteti (AzTU) “Times Higher Education (THE) World University Rankings 2027”də yenidən yer alaraq qlobal ali təhsil məkanında mövqeyini qoruyub.
“Qafqazinfo” xəbər verir ki, AzTU Azərbaycandan reytinqə daxil olan 5 universitetdən biridir.
Universitetin bu nüfuzlu beynəlxalq reytinqdə ardıcıl təmsil olunması elmi-tədqiqat potensialının inkişafı, akademik keyfiyyətin yüksəldilməsi və institusional imkanların gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin nəticələrini əks etdirir.
“Times Higher Education World University Rankings” universitetləri beş əsas istiqamət – tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə əməkdaşlıq və beynəlxalq perspektiv üzrə qiymətləndirir. Bu göstəricilər universitetlərin akademik fəaliyyətini, tədqiqat nəticələrinin təsirini və beynəlxalq inteqrasiya səviyyəsini kompleks şəkildə dəyərləndirir.
Son illərdə AzTU-da tədqiqat və innovasiya ekosisteminin inkişafı, yüksək keyfiyyətli elmi nəşrlərin təşviqi, beynəlxalq tərəfdaşlıqların və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Universitet elmi fəaliyyətin keyfiyyətinin və təsirinin artırılması, innovasiya potensialının gücləndirilməsi və qlobal akademik məkanda mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















