Icma.az
close
up
RU
AzTU bu vəzifələr üzrə işçi axtarır

AzTU bu vəzifələr üzrə işçi axtarır

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərəcək “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər, tələbələrlə iş üzrə mütəxəssis və layihə koordinatoru vəzifələri üzrə vakansiya elan olunub. Bu barədə məlumat universitetin sosial media hesablarında paylaşılıb.  

“Qafqazinfo” xəbər verir ki, tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər AZSET çərçivəsində aparılacaq tədris üzrə dərs cədvəlinin hazırlanması, dərs yükün təşkili, “TUM International” şirkətinin kurikulumunun tətbiq prosesinin koordinasiyası və hər tədris ilinin başlanılmasına qədər bütün keyfiyyət təminatı mexanizmlərinin yerinə yetirilməsini təmin edəcək.

Tələbələrlə iş üzrə mütəxəssis AZSET-də təhsil alacaq tələbələrə yönəlik kommunikasiyanı, yeni qəbul olunan tələbələrin müqavilə posedurlarının koordinasiyasını və bunlarla bağlı AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan sənəd dövriyyəsini idarə edəcək.

Layihə koordinatoru AZSET-in bütün inzibati məsələlərinin əlaqələndirilməsinə kömək edəcək, tədbirlərin və imtahanların təşkili məsələlərini idarə edəcək, habelə gündəlik inzibati işlərdə hərtərəfli dəstək göstərəcək. 

Maraqlanan şəxslər vəzifələrlə bağlı tələblər və digər məlumatları AzTU-nun saytından (www.aztu.edu.az)və ya sosial media hesablarından oxuya bilərlər.

Qeyd edək ki, AzTU nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. “TUM” mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 May 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri