Icma.az
close
up
RU
AzTV dən Ukraynaya qədər uzanan yol...

AzTV dən Ukraynaya qədər uzanan yol...

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

...Mənə ən doğma olanı rejissorluqdur - MÜSAHİBƏ

...AZƏRTAC-ın müsahibi Ukraynada yaşayan soydaşımız, diaspor fəalı Fuad Əliyevdir. O, 20 ilə yaxındır ki, Ukraynada rejissor kimi fəaliyyət göstərir, bir sıra layihələrin müəllifidir. Soydaşımızın bu yaxınlarda isə fotosərgisinin açılacağı gözlənilir. SİA AZƏRTAC-a istinadən həmin müsahibəni diqqətinizə çatdırır:

-Fuad müəllim, necə oldu ki, Ukraynaya gəldiniz?

-Ukraynaya 2008-ci ildə gəldim. O zaman Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Sosial şəbəkələrin yeni yaranmağa başladığı dövr idi və mən həmin şəbəkələrdə televiziya sahəsində çalışan peşəkarların qruplarına qoşulur, xarici həmkarlarımla tanış olur, onların iş prosesi ilə maraqlanırdım. Belə tanışlıqlardan biri nəticəsində mənə Ukraynanın “5-ci” kanalından dəvət gəldi və 2008-ci ilin avqust ayından etibarən Ukraynada çalışmağa başladım. Sonra STB kanalından dəvət aldım və bu kanalda iri televiziya şoularının rejissoru, daha sonra isə baş rejissoru vəzifəsində çalışdım.

-Bu yaxınlarda Kiyevdə fotosərginizin açılışı olacaq. Bu sərgidə əsasən hansı dövrün fotoları nümayiş etdiriləcək?

-Bu mənim ilk sərgimdir. Ümumiyyətlə, “street photo”, yəni küçə fotoqrafiyası janrını çox sevirəm. Boş vaxtım olanda çalışıram Kiyevi gəzim və insanların təbii anlarını lentə alım. Quruluşlu fotolardansa, daha çox bu üsluba üstünlük verirəm. Çünki bu tip fotolarda insanlar daha səmimi və təbii görünürlər. Bu sərgidə də əsasən “street photo” janrında olan fotoşəkillərimi təqdim edəcəyəm. Burada daha çox 2013–2014-cü illərdə Ukraynada baş vermiş Ləyaqət inqilabı zamanı çəkdiyim fotolar nümayiş olunacaq.

Sərgi həm mənim fotoşəkillərimdən, həm də ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin əsərlərindən ibarət olacaq. Vüqar çox maraqlı və aktual bir layihəni həyata keçirmək üçün Ukraynaya gəlmişdi. Müharibəni daha yaxından hiss etmək məqsədilə bir neçə həftə Ukraynada yaşadı, insanlarla tanış oldu və müharibədən əziyyət çəkən insanların portretlərini yaratmağa başladı. Layihə çərçivəsində ümumilikdə 10 portret nəzərdə tutulub. Hazırda onların 5-i tamamlanıb və ilk dəfə məhz bu sərgidə nümayiş etdiriləcək. Daha sonra həmin əsərlərin ABŞ-də və Avropa ölkələrində sərgilənməsi planlaşdırılır. Vüqar Ukraynada olarkən biz art-kurator Katerina Kuçerova ilə tanış olduq. Məhz o, belə bir sərginin keçirilməsi ideyasını irəli sürdü. Birgə qərara gəldik ki, sərgini Ukraynanın Müstəqillik Gününə həsr edək. Sərginin adı “Azadlığın siması”dır.

-Azərbaycanlı jurnalist, fotoqraf, yoxsa rejissor? Bunlardan hansı sizə daha doğmadır?

-Rejissorluq, jurnalistika və foto. Yəqin ki, mənə ən doğma olanı rejissorluqdur. Çünki rejissorluqla, belə demək mümkünsə, hələ məktəb illərindən məşğul olmağa başlamışam. Məktəbdə keçirilən tədbirlərin fəal iştirakçısı və quruluşçusu olmuşam. Jurnalistikaya gəlincə, bilmirəm özümə tam mənada jurnalist deyə bilərəm, ya yox. Bu sahə üzrə peşəkar təhsilim yoxdur. Sadəcə, Mirşahin Ağayev və Şakir Eminbəyli ilə tanışlığım məni bir neçə il davam edən jurnalistika fəaliyyətinə gətirib çıxardı. Mən Real TV-nin Ukrayna bürosunun rəhbəri vəzifəsində çalışmışam və bu dövr həyatımın ən maraqlı mərhələlərindən biri olub.

Foto isə mənim sevgimdir. Hələ uşaqlıqdan fotonu çox sevmişəm. Atam foto həvəskarı idi. O, çəkdiyi şəkilləri evdə özü çap edirdi. Uşaq olanda ağ kağızın üzərində şəklin yavaş-yavaş yaranmasını izləmək mənə əsl möcüzə kimi gəlirdi.

-Ukraynada Azərbaycan diasporunun fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Əvvəlcə onu qeyd edim ki, sərgi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyi ilə keçiriləcək və mən bu təşkilata dərin minnətdarlığımı bildirirəm.

Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl burada yaşayan azərbaycanlıların sayı müxtəlif hesablamalara görə 500 minə çatırdı və azərbaycanlılar Ukraynanın milli azlıqları arasında say baxımından ikinci yeri tuturdular. Azərbaycan diasporu burada hər zaman fəal olub və Ukraynanın ictimai həyatında yaxından iştirak edib. Biz Ukraynanı öz evimiz kimi görürük və onu qorumağa hər zaman hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Avqust 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri