Icma.az
close
up
RU
AzVİF bölgələrdə yeni layihəyə start verib

AzVİF bölgələrdə yeni layihəyə start verib

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.

Apasport.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bu layihənin ölkəmizdə velosiped idmanının gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, məşqçi-müəllimlər qarşısında duran vəzifələrdən danışıb:

"Bu təlimlərin əsas məqsədi regionlarda idmanın inkişafına dəstək olmaq, ixtisaslı məşqçilərin hazırlanmasına şərait yaratmaqdır. Bu, həm uşaqların və gənclərin fiziki sağlamlığı, həm də onların asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, kurslarda iştirak edən məşqçilər gələcəkdə gənclərin idmana cəlb olunmasında, yeni istedadların üzə çıxarılmasında mühüm rol oynayacaqlar".

Elm və təhsil nazirinin müavini Həsən Həsənli velosiped idmanının sağlam həyat tərzi baxımından da əhəmiyyət daşıdığını bildirib:

“Məktəblilər və gənclər arasında bu idman növünün inkişaf etdirilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək. Açılışını etdiyimiz kurslar gələcəkdə bölgələrdə peşəkar kadrların formalaşmasına və yeni nəslin idmana marağının artmasına xidmət edəcək. Layihə bölgələrin tanınmasına da müsbət təsir göstərəcək".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yeni məşqçilərin hazırlanmasının əhəmiyyətinə toxunub. O, bu cür layihələrin regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildirib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə kurslarda iştirak edən məşqçilər üçün antidopinq qaydaları ilə bağlı təmsil etdiyi qurumun əməkdaşlarının xüsusi seminar keçirəcəyini bildirib və bu istiqamətdə onlara hər zaman dəstək verməyə hazır olduqlarını deyib.

Kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.

Pilot xarakterli bu layihə ilkin mərhələdə Gəncə və Sumqayıt şəhərləri, eləcə də Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarını əhatə edəcək. Elm və Təhsil Nazirliyinin bu bölgələrdəki idman məktəblərində xüsusi velosiped bölmələri yaradılacaq. Nazirliyin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki Gənclər və İdman Nazirliyinin Olimpiya İdman Komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət göstərəcəklər. Onlar Elm və Təhsil Nazirliyinin ştatlı işçiləri kimi əmək haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan Velosiped İdmanı Federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər. Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd velosiped ayrılıb.

Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı planlaşdırılır.

Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Avqust 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri