İran ABŞ pilotlarını hədələdi: “Artıq Amerika torpağını görə bilməyəcəklər”
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi ABŞ pilotlarını hədələyərək Vaşinqtona yeni hərbi münaqişəyə başlamamaq barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, SEPAH nümayəndəsinin sözlərinə görə, 40 günlük müharibədən sonra İran hava hücumundan müdafiə sistemlərinin sayını, çeşidini və yerləşdiyi coğrafiyanı əhəmiyyətli dərəcədə genişləndirib.
O, ABŞ-ın F-35 qırıcılarına toxunaraq bildirib:
“Bəlkə də onlar F-35-lərlə qaçmağa nail olublar, lakin arzuolunmaz geri dönüş bileti əldə ediblər”.
SEPAH nümayəndəsi xəbərdarlıq edib ki, yeni müharibə başlayacağı təqdirdə amerikalı pilotlar “artıq Amerika torpağını heç vaxt görə bilməyəcəklər”.
O, həmçinin İranın ABŞ-a məxsus MQ-9 və MQ-1 pilotsuz uçuş aparatlarını mütəmadi olaraq vurduğunu iddia edib. Nümayəndə gələcəkdə Amerika qırıcılarının da geri qayıtmaq imkanının olmayacağını bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Noyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















