“Naxçıvan”ın baş məşqçisi: “Belə oyunları sevmirəm”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Naxçıvan” basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının yeddinci turunda NTD üzərində qazandıqları 84:56 hesablı qələbəyə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin müqavimətini qeyd edib:
“Rəqib oyunun bəzi hissələrində yaxşı təsir bağışladı. Bizim bir legionerimiz bu oyunda yox idi, ona uyğun çıxış etdik. Amma rəqib də yaxşı müqavimət göstərdi. Bizim üçün bu, bir növ özümüzlə mübarizə idi. Açığı, belə oyunları sevmirəm, amma onları da oynamaq lazımdır. Bu da bir təcrübədir”.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada “Naxçıvan” NTD-ni 28 xal fərqi ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:Naxçıvan ın baş məşqçisi postundan getdi
04 May 2025 11:01
“Naxçıvan”ın baş məşqçisi: “Həyatımda bu cür hakimlər və belə idarəetmə görməmişəm”
30 Yanvar 2026 23:02
“Araz Naxçıvan”ın baş məşqçisi rəsmən açıqlandı
16 İyun 2026 14:57
Qarabağ a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur Araz Naxçıvan ın baş məşqçisi
06 Sentyabr 2026 22:39
Araz Naxçıvan ın rəqibi yoxlama oyunları keçirəcək
27 İyun 2025 15:39
Baxış sayı:99
Bu xəbər 16 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















