Icma.az
close
up
RU
AzVP nin baxışı: Almaniya əlaqələrdə yeni perspektivlər

AzVP nin baxışı: Almaniya əlaqələrdə yeni perspektivlər

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycana rəsmi dövlət səfərinə gələn Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter Ştaynmayerin Prezident İlham Əliyevlə təkbətək görüşündən sonra liderlərin mətbuata verdikləri bəyanatın məzmunundan görünür ki, iki ölkə arasında münasibətlər yeni siyasi və iqtisadi zəmində inkişaf edəcəkdir.  

Təbii ki, bu gedişatın əsasında ilk növbədə Cənubi Qafqaz regionunda Azərbaycanın ərazi bütövlüyünün bərpası və hazırkı beynəlxalq vəziyyət durur. 

Yeni münasibətlər dövrünün fövqündə Azərbaycan qərarlaşıb.

Çünki Sovetlər birliyinin dağılması fonunda Ermənistan təcavüz yolunu tutaraq xarici himayədarlarının köməyi ilə Azərbaycanın 20 faizə qədər torpağını işğal etmişdi. Xalqımız və ölkəmizin rəhbərliyi gərgin beynəlxalq təzyiq və iqtisadi çətinliklərə qalib gələrək ayaq üstə dayanmağı bacarmış, sürətli inkişaf yolu və ağıllı siyasətlə güc toplayaraq düşməni ərazilərimizdən qovmağa nail olmuşdur. Müasir dövrdə dünyada belə uğura imza atan ikinci bir dövlət yoxdur.
Bununla da beynəlxalq münasibətlər sferasının mühüm qolu olan Cənubi Qafqaz regionunda Azərbaycanın dominantlığı ilə yeni siyasi və iqtisadi şərait yaranmışdır. Bu isə öz növbəsində digər ölkələrin siyasətinə təsir etmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Frank Valter Ştaynmayerlə təkbətək görüşdən sonra verdiyi bəyanatda deyib: 

“Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir”. 

Müsbət təkanlar həm iqtisadi, həm də siyasi sahədə münasibətləri sürətləndirəcəkdir. Ukrayna-Rusiya müharibəsinə görə Rusiya ilə üz-üzə gələn Avropa Birliyi ölkələrinin indi enerji ehtiyatlarına tələbatı kəskin artıb. 
Digər tərəfdən dünənə qədər Aİ ilə sıx təmasda siyasət yürüdən Amerika Birləşmiş Ştatları artıq Donald Trampın prezident seçilməsi ilə kursunu xeyli dəyişib. Tramp administrasiyası ABŞ-ın dünya siyasətində hegemon rolunu artırmaq üçün iqtisadi amillərdən yararlanmağa meyillidir. Bu isə ənənəvi tərəfdaşlar arasında fikir və əməl ayrılıqlarına səbəb olur. 

Belə olan halda təbii ki, beynəlxalq aləmdə yeni tərəfdaşlıq əlaqələri yaranır və yaxud köhnə əlaqələr daha da güclənir. Məsələn, 2025-ci ilin ilk aylarında Almaniya Azərbaycandan xam neft alışını təxminən üç dəfə artırıb. Amma prezidentlərin görüşündən sonra, şübhəsiz ki, qeyri-neft sektorunda da ticarət dəfələrlə artacaq.

Çünki Almaniyada yüksək texnologiyalı sənaye sahələri inkişaf etsə də xammal sarıdan müəyyən qıtlıq hiss olunur. Xoş münasibətlər fonunda qarşılıqlı mənfəət əsasında bu istiqamətdə əlaqələrin inkişafı qaçılmazdır. Siyasi sahədə daha böyük irəliləyişlərin olması gözlənilir. Belə ki, Almaniya Prezidenti  əvvəl Ermənistana səfər edib, ardınca isə Azərbaycana gəlib. Bu da o deməkdir ki, Ştaynmayer Cənubi Qafqazın iki ölkəsi arasında gözlənilən sülh müqaviləsinə öz töhfəsini vermək arzusundadır.

Təsadüfi deyil ki, İlham Əliyev həmkarı ilə görüşdən sonra “səmimi görüş” ifadəsini işlədib. Bu da ona işarə ola bilər ki, Frank Valter Ştaynmayer Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar vaxtı ilə ölkəsinin tutduğu mövqenin qeyri-rasionallığını etiraf edib. Səfərin nəticəsi kimi bədnam Minsk qrupunun tezliklə ləğvi məsələsində də Almaniya Avropa Birliyi tərəfdən səmərəli təşəbbüs göstərə bilər.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri