Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

AzVP nin baxışı: Azərbaycan yeni sülh modeli yaratdı

AzVP nin baxışı: Azərbaycan yeni sülh modeli yaratdı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı son təşəbbüsü dünyada yeni bir sülh erasının başlanğıcını qoydu. 

Trampın təşəbbüsü və rəhbərliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü və imzalanan sənədlər göstərir ki, beynəlxalq müstəvidə yeni münasibətlər sistemi formalaşır. Bizim üçün diqqətəlayiq hadisə odur ki, uzun illər ərzində işğala məruz qalan, öz sərvətlərinin böyük bir hissəsindən məhrum olan Azərbaycan nəticə etibarı ilə yeni dünya düzəninin etibarlı və aparıcı fiquruna çevrilib. Bütün bunlar isə Prezident İlham Əliyevin mükəmməl siyasətinin şəksiz təntənəsi deməkdir. Bu siyasət sayəsində dövlətimizin arxasında Türkiyə və Pakistanın timsalında qardaş ölkələr, ABŞ kimi nəhəng dost ölkə dayanıb. 


İki Prezident və bir Baş nazirin Vaşinqton görüşləri öz təntənəsi baxımından müasir beynəlxalq münasibətlərə gözəl nümunədir. Düzdür, Azərbaycanın dövlət başçısının bu prosesdə əməyi ölçüyəgəlməzdir. Çünki işğala və soyqırımına məruz qalmış bir ölkəni dirçəldib dünya arenasına çıxarmaq, arxasında iqtisadi və hərbi cəhətdən qat-qat güclü dövlətlərin durduğu Ermənistana qarşı azadlıq mübarizəsi aparıb ərazi bütövlüyümüzün bərpasına nail olmaq məhz onun nailiyyətidir. 

Üstəlik, müharibə bitəndən sonra ötən 5 il ərzində məğlub dövləti sülh masasına oturtmaq da İlham Əliyevin müstəsna xidmətidir. Ancaq siyasətdə bəzən elə bir dönüş nöqtəsi yaranır ki, orada mütləq zəmanət yaradan üçüncü dövlətə ehtiyac duyulur. Cənubi Qafqazın mürəkkəb və vacib geosiyasi məkanında əhəmiyyətli oyunçu roluna göz dikən ölkələr arasında bu rola ilk və əsaslı iddiaçı Rusiya idi. Bu məsələ 2020-ci il 10 noyabr Bəyannaməsində aydın ifadə edilmişdi. 

Lakin  bu ölkə üzərinə götürmək istədiyi missiyanı lap əvvəldən elə şəkildə həyata keçirməyə başladı ki, onun bu roldan uzaqlaşdırılması prosesin mühüm elementinə çevrildi. Sadəcə, Kreml sahibi bölgədə sülh yox, öz təsir alətlərini saxlamaq istəyirdi. Bu isə sülh yox, daim alovlana biləcək mübahisəli şəraitin davam etdirilməsi demək idi. Belə olan halda İlham Əliyev ağıllı strateji xətt götürərək sülh danışıqlarının qalib və məğlub dövlətlərin arasında aparılmasına nail oldu. Bu asan məsələ deyildi. Ona görə ki, Rusiyadan başqa Fransa və bir sıra inkişaf etmiş ölkələr də regiona nüfuz etmək üçün çalışır və tərəflərə təsir göstərirdilər. 


Nəhayət, Azərbaycanın haqlı və məntiqi şərtləri daxilində Ermənistan sülh müqaviləsi imzalamağa razı oldu. Lakin kənar qüvvələrin prosesə müdaxilə etmək imkanları yüksək idi. Bunun üçün güclü bir zəmanətçiyə ehtiyac yarandı. Bu vaxt ABŞ-də hakimiyyətin respublikaçılar dövrü başlandı və praqmatik və sülhpərvər prezident Donald Tramp üçüncü qüvvə rolunun əhəmiyyətini anlayaraq irəli durdu. Bu addım Cənubi Qafqazda sülhün əbədiləşməsi üçün həlledici hadisə oldu. Artıq Azərbaycan və Ermənistan liderləri müəyyən sənədləri imzalayıblar və əsas müqavilə üçün güclü şərait yaranıb, həm də buna zamin duran ölkə var.

Vaşinqton görüşü zamanı Donald Tramp İlham Əliyevə müraciətlərinin birində soruşur ki, “neçə ildir hakimiyyətdəsən?” Cavabı eşidəndə başını yüngülcə tərpədir və sanki demək istəyir ki, “möhkəm adamsan ki, bu qədər davam gətirmisən!”.

Çünki həmin görüşdə mətbuata bəyanat verən Azərbaycan Prezidenti xarici təzyiqlər, ölkəmizə, başqa sözlə İlham Əliyevə edilən saxta ittihamlar barədə geniş məlumat verib, Azərbaycan əleyhinə fəaliyyət göstərənləri ifşa etmişdi. Görünür, Tramp məhz bu təzyiqlərə İlham Əliyevin nə qədər dözdüyünü göstərmək istəmişdi. 

Vaşinqtondakı üçlü görüşün nəticələri dünya ictimaiyyətinə məlumdur. Dövlət başçıları, siyasi analitiklər və digərləri tərəfindən edilən alqışlar, verilən şərhlər olduqca diqqətəlayiqdir. Bu isə iki dövlət arasında sülhə doğru keçilən yolun planetin digər münaqişəli dövlətləri arasında əmin-amanlıq yolunda presedentə çevriləcəyinə, yeni beynəlxalq sülh modelinin dəstəklənəcəyinə inamı artırır. Bu, Azərbaycanın beynəlxalq münasibətlərə verdiyi yeni töhfədir.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Avqust 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri